Qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə konfrans keçirilmişdir

 

Aprelin 26-da "Gülüstan" sarayında ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) tərəfindən keçirilən "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyev tərəfindən qaçqın məcburi köçkünlərə göstərilən diqqət qayğını, habelə akademik Zərifə xanım Əliyevanın həyat fəaliyyətini əks etdirən stendlərdən ibarət sərgiyə baxmış, QMKİDK tərəfindən hazırlanmış informasiya-təbliğat materialları ilə tanış olmuşlar.

Sonra ümummilli lider Heydər Əliyevin qaçqın məcburi köçkünlərə göstərdiyi diqqət qayğıdan bəhs edən film nümayiş olunmuşdur. Filmdə qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər, həm ümummilli lider Heydər Əliyevin, həm Prezident İlham Əliyevin bu qəbildən olan insanlara diqqət qayğısı sayəsində onlar üçün yeni qəsəbələr salınması məsələlərindən bəhs edilir.

Konfransı açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov ulu öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev qaçqın məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlamışdır.

Əli Həsənov qaçqınların məcburi köçkünlərin sosial, şəraitinin yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, bu sahəyə diqqət qayğı nəticəsində qaçqınlar məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınmışdır.

Ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyət dünya siyasət akademiyasının bilicilərindən olduğunu diqqətə çatdıran Ə.Həsənov ulu öndərin həyat fəaliyyətindən bəhs etmişdir. Vurğulanmışdır ki, ulu öndər Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi illərdə ölkəmizdəki bütün sahələrdən xəbərdar olmuşdur. Ümummilli lider 1970-ci illərdə bu gün sürətlə inkişaf edən Azərbaycanın əsasını qoymuşdur. Ulu öndər ölkəmizdə siyasi iqtisadi sahələrin möhkəm təməlini formalaşdırmış, milli kadrların hazırlanması işini daim diqqətdə saxlamış hərbi təhsilin bazasını yaratmışdır.

Məhz ulu öndər Heydər Əliyevin böyük nüfuzundan çəkinən ermənilərin Dağlıq Qarabağ məsələsini uzun illər qabarda bilmədiyini vurğulayan Ə.Həsənov Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı hərəkatın zəifləməsinin ümummilli liderin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd etmişdir. Ulu öndər 2003-cü ilədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün beynəlxalq milli hüquqi bazanı yaratmışdır. Bildirilmişdir ki, hazırda Prezident İlham Əliyev əsası ümummilli lider tərəfindən qoyulan bu strategiyanı uğurla davam etdirir.

2003-cü ildən - Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən etibarən Azərbaycanın inkişafının yeni mərhələsinin başladığını qeyd etmiş, təhsil, mədəniyyət, səhiyyə digər sahələrin inkişafına nail olunduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ümummilli lider Heydər Əliyevin yubileylərinin hər zaman xalqımız tərəfindən böyük təntənə ilə qeyd edildiyini vurğulamışdır. Bildirilmişdir ki, ulu öndərin 90 illik yubileyi dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlılar tərəfindən qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin qaçqın məcburi köçkünlərin problemlərinin aradan qaldırılması istiqamətində gördüyü işlərdən danışan Ə.Əhmədov qeyd etmişdir ki, ulu öndər məcburi köçkünlərin sayının artmasına imkan verməmək məqsədilə erməni təcavüzünün daha da dərinləşməsinin qarşısını almışdır. Qaçqın məcburi köçkünlərin yerləşdirilməsi onların məişət problemlərinin həll olunması məsələsi hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Bu problemlərin həll olunması üçün Azərbaycan dövlətinin güclənməsi vacib idi. Ulu öndər Heydər Əliyev Prezident İlham Əliyev bəyan etmişlər ki, Azərbaycan hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Ə.Əhmədov diqqətə çatdırmışdır ki, ötən illər ərzində Azərbaycanda böyük dəyişikliklər baş vermiş ölkə sürətlə inkişaf etmişdir. Bu dəyişikliklərin kökündə dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya həmin strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Əli Əhmədov demişdir: "1990-cı illərin əvvəllərində - ulu öndər hakimiyyətə gələn dövrdə Azərbaycanın hansı vəziyyətdə olduğu hamıya bəllidir. Ölkəmizdə hər 8 nəfərdən biri məcburi köçkün vəziyyətində idi. Belə bir dövrdə ayrı-ayrı təhlükələrlə, ciddi hədələrlə üz-üzə qalmış bir ölkədə sabitliyi, əmin-amanlığı təmin etmək, iqtisadiyyatı dirçəltmək olduqca çətin bir məsələ idi. Lakin Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin bu qədər çətin bir vəzifənin öhdəsindən gələcəyinə inanırdı. Ulu öndər olmasaydı yəqin ki, Azərbaycanın bugünkü tarixi tamamilə başqa cür olardı. Azərbaycan xalqının ümummilli liderə bəslədiyi məhəbbətin kökündə məhz bu amillər dayanır".

Ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısından danışan "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd etmişdir ki, hələ Sovet İttifaqı dövründə ümummilli lider Ermənistanın Azərbaycana qarşı təxribatlarının qarşısını almaq üçün çox böyük işlər görmüşdür.

Vurğulanmışdır ki, 1990-cı illərin əvvəllərində qaçqın və məcburi köçkünlər acınacaqlı vəziyyətdə yaşayırdılar. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Biz hamımız əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu daim dəstəkləmişik və dəstəkləyəcəyik.

Konfransda çıxış edən BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson təmsil etdiyi qurumun 20 ildən artıqdır ki, Azərbaycan hökuməti tərəfindən hərtərəfli dəstək aldığını və yüksək səviyyəli işgüzar münasibətlərdən bəhrələndiyini söyləmişdir. Qarşılıqlı hörmət üzərində qurulmuş bu əməkdaşlıq möhkəm qətiyyətdən və əzmkarlıqdan xəbər verir.

Bildirilmişdir ki, 1993-2012-ci illər ərzində donor ölkələrin dəstəyi sayəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanın qaçqın və məcburi köçkünlərinə 100 milyon ABŞ dollarından çox yardım göstərmişdir. Bu problemlə üzləşmiş digər ölkələrlə müqayisədə Azərbaycanda məcburi köçkünlərin ehtiyaclarına xüsusi diqqətin ayrılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasəti göz önündədir.

Daq Siqurdson qeyd etmişdir ki, Azərbaycan artıq donor kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının illik büdcəsinə töhfə verir. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan öz təcrübəsi, beynəlxalq nüfuzu və mövcud imkanları sayəsində bütün dünyada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması işinə töhfəsini davam etdirəcəkdir.

Konfrans əraziləri işğal olunmuş rayonların mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 27 aprel.- S.2.