Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Hərbi Akademiyasının zabitləri Heydər Əliyev
Fondunda olmuşlar
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Hərbi
Akademiyasının zabitləri aprelin 26-da Heydər Əliyev
Fondunda olmuşlar.
AzərTAc
xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan
olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn
akademiyanın zabitlərinə Fondun fəaliyyəti
haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir
ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ
edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr
həyata keçirməklə Azərbaycanın tərəqqisinə,
mədəniyyətinin və tarixinin təbliğinə
kömək edir.
Hərbi
akademiyanın zabitləri Heydər Əliyevin şəxsi
arxivindən götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin
həyatının ən müxtəlif məqamlarını əks
etdirən, tariximizin bütöv bir dövrü barədə
geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər
yetirmişlər. Onlar görkəmli siyasi xadimin
uşaqlıq və gənclik illərinə, Moskvada
keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi
genişmiqyaslı fəaliyyətinə aid materiallara,
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin
keçdiyi ərazilərin maketinə maraqla tamaşa
etmişlər. Sonra Fondun qonaqları Heydər Əliyevin
şərəfli ömür yolundan bəhs edən
"Böyük ömrün anları" sənədli filminə
baxmışlar.
Azərbaycan.-2013.- 27 aprel.- S.2.