Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə «Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri»
sərgisi bu dəfə Fransanın Bordo şəhərində
təşkil olunmuşdur
Heydər
Əliyev Fondunun təşkilatçılığı və
ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
mövzusunda sərgi bu dəfə Fransanın Bordo şəhərində
təşkil olunmuşdur.
Bordo
1986-cı ildən Azərbaycanın paytaxtı Bakının
qardaş şəhəridir. Bordo Fransanın və
dünyanın ən gözəl şəhərlərindən
biri hesab olunur. Məhz buna görə də "Qafqazın
mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
sərgisi bu şəhərdə təşkil edilmişdir.
Fransanın
cənub-qərbində tarixi Akiten vilayətinin və
hazırda Jeron departamentinin mərkəzi sayılan Bordo Qaron
çayının sahilində yerləşir. Doğrudan da
gözəlliyi və füsunkarlığı ilə
könülləri fəth və özünə heyran edən
300 minə yaxın əhalisi olan Bordo ilə fransızlar
qürur duya bilərlər. Dünyada bu şəhərin
adı əlbəttə ki, məşhur şərabları
ilə bərabər çəkilir. Bordo arxitekturası, mədəniyyət
ocaqları və mərkəzləri ilə də tərifə
layiq şəhərdir.
Latınca
"burdiqalı" adlandırılan Bordonun əhalisi elə
biz - azərbaycanlılar kimi həm istiqanlıdır, həm
də sənətə, mədəniyyətə və incəsənətə
diqqət yetirəndir. Bu mənada onlar üçün Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Reyms
şəhərində açılışını etdiyi
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
sərgisi əsl hədiyyə olmuşdur. Elə bunun nəticəsi
idi ki, bordolular Azərbaycanın xalçalarına, musiqi alətlərinə,
milli geyimlərə, ölkəmizin qədim və zəngin
tarixinə, mədəniyyətinə dair eksponatlara
böyük maraq göstərmişlər.
Sərginin
açılışında Bordo şəhər merinin
birinci müavini Didye Kazabon, Azərbaycanın Fransadakı səfiri
Elçin Əmirbəyov çıxış edərək
Heydər Əliyev Fondunun Azərbaycanı Fransanın
regionlarında tanıtmaq məqsədi ilə həyata
keçirdiyi bu layihəni yüksək qiymətləndirmişlər.
Onlar Heydər Əliyev Fonduna və fondun prezidenti Mehriban
xanım Əliyevaya bu uğurlu təşəbbüsə
görə minnətdarlıqlarını bildirmişlər.
Bordonun
dünyada məşhur olan Femina teatrı bu dəfə Azərbaycan
mədəniyyətinin bənzərsiz xüsusiyyətlərinə
şahidlik etmişdir.
Hər
zaman olduğu kimi, incəsənət ustalarımız Azərbaycan
mədəniyyətinin, musiqisinin nə qədər zirvələrdə
olduğunu çıxışları ilə bir daha sübut
etmişlər. Özü də bu dəfə xalq artisti Yeganə
Axundovanın rəhbərlik etdiyi Bakı Musiqi
Akademiyasının gənclər kamera orkestri Fuad
İbrahimovun dirijorluğu ilə məharətini fransız
tamaşaçısına yüksək səviyyədə
nümayiş etdirmişdir. Əslində, bu mədəniyyət
tədbiri Bordoda əsl hadisəyə çevrilməklə
Azərbaycan mədəniyyətinin Avropa
tamaşaçısına bir ərməğanı
olmuşdur. Janr müxtəlifliyinin, zəngin
improvizasiyaların bol olduğu bu konsert proqramı diqqəti
bir daha Azərbaycana yönəltmişdir. Bu gecədən təəssüratlar
kifayət qədər zəngin olmuş və özünəməxsus
ovqatı ilə seçilən Azərbaycan mədəniyyətinə
hörmətin nümunəsinə, həm də Bordo
tamaşaçısında heç vaxt unudulmayacaq xatirəyə
çevrilmişdir.
Konsertə
dünya şöhrətli bəstəkar Fikrət Əmirovun
"Bayram rəqsi" ilə yekun vurulmuşdur.
Tədbirlə
bağlı təəssüratlarını bizimlə
bölüşən hər bir müsahib bu möhtəşəm
layihəyə görə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirmişlər.
Bu, həqiqətən
də Azərbaycanın Fransaya və Bordo şəhərinə
etdiyi qeyri-adi və gözəl bir hədiyyədir, - deyən
Bordo şəhər merinin birinci müavini Didye Kazabon
vurğulamışdır ki, gözəl sərgidən sonra
möhtəşəm konsertə baxmaq çox təsirləndiricidir.
Bu fürsətə görə Heydər Əliyev Fonduna və
fondun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü
bildiririk.
Beləliklə,
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
layihəsi Bordo şəhərində də uğurla həyata
keçirilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 28 aprel.- S.9.