Quam adasının ABŞ Konqresindəki
nümayəndəsi 20 Yanvar
və Xocalı faciələri ilə bağlı bəyanat
vermişdir
ABŞ
Konqresində Quam adasını təmsil edən nümayəndə
Madelein Bordallo 20 Yanvar və Xocalı faciələri ilə
bağlı bəyanatla çıxış etmişdir.
M.Bordallo
20 Yanvar hadisələrinin xalqımızın azadlıq
mübarizəsini daha da gücləndirdiyini və nəhayət,
bu proseslərin müstəqil Azərbaycan dövlətinin
yaranması ilə nəticələndiyini bildirmişdir. O, bu
gün dinamik inkişaf edən Azərbaycan ərazisində
heç bir xarici hərbi birləşmənin
olmadığını xüsusi vurğulamışdır.
Xocalı
faciəsinə toxunan M.Bordallo Azərbaycanın Dağlıq
Qarabağ regionunda baş verən bu faciənin Ermənistan-Azərbaycan
münaqişəsində etnik azərbaycanlıların məruz
qaldığı ən böyük qırğın kimi səciyyələndirmişdir.
Eyni zamanda, o, Azərbaycanın dünyanın mühüm
strateji əhəmiyyətli bölgəsində ABŞ-ın
güclü tərəfdaşı olduğunu bildirmişdir.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
AzərbaycaN.-2013.- 28 aprel.- S.9.