A.Ə.Paşayevin
“Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü
bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasında arxiv işinin təkmilləşdirilməsində
xidmətlərinə görə Ataxan Əvəz oğlu
Paşayev “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel
2013-cü il.
Azərbaycan.-2013.- 30 aprel.- S.1.