Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev Tehranda
Azərbaycan-İran münasibətlərinin vəziyyəti və
perspektivlərinə dair müzakirələr
aparmışdır
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin başçılığı ilə
nümayəndə heyəti İranda bir günlük səfərdə
olmuşdur.
İranın
Milli Təhlükəsizlik üzrə Ali Şurasının
sədri Səid Cəlili ilə keçirilən
görüşdə Azərbaycan-İran münasibətlərinin
mövcud vəziyyəti və perspektivləri müzakirə
olunmuşdur.
İki
ölkə arasındakı əlaqələrin tarixi, mədəni,
iqtisadi tellərlə möhkəm bağlı olduğunu diqqətə
çatdıran Ramiz Mehdiyev bildirmişdir ki, xalqlarımız
və ölkələrimiz arasında münasibətlərin
bütün sahələr üzrə dinamik inkişafı hər
iki tərəfin maraqlarını tam əks etdirir. Azərbaycan
Respublikasının səmimi dostluq və mehriban qonşuluq
siyasəti Azərbaycan-İran münasibətlərində
mühüm rol oynayır və böyük tarixi əhəmiyyət
kəsb edir.
Görüşdə
qeyd edilmişdir ki, bundan sonra da
ölkələrimiz arasında münasibətlərin
inkişafı ilə bağlı bütün imkanlardan səmərəli
istifadə olunmasına səylər göstəriləcəkdir.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi
müxbiri
Tehran
Azərbaycan.-2013.- 30 aprel.- S.3.