Konstitusiya Məhkəməsinin sədri
Rusiyada rəsmi səfərdə olmuşdur
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayevin başçılıq etdiyi
nümayəndə heyəti Rusiya Federasiyasının
Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinin dəvəti
ilə aprelin 24-dən 26-dək Sankt-Peterburqda rəsmi səfərdə
olmuşdur.
Konstitusiya
Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, səfər çərçivəsində
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti
ilə Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri
və hakimləri arasında görüşlər
keçirilmişdir.
Görüşlərdə Konstitusiya Məhkəməsi qərarlarının icrası, konstitusiya nəzarəti orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əlaqələr, konstitusiya ədalət mühakiməsi sahəsində yeni meyillər və digər məhkəmə təcrübəsi ilə bağlı hüquqi məsələlər müzakirə edilmişdir. Eyni zamanda hər iki məhkəmə arasında əlaqələrin inkişafı məsələsi və məhkəmə hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələr aparılmışdır.
Səfərdə,
həmçinin Konstitusiya Məhkəməsinin hakimləri
Rafael Qvaladze və Mahir Muradov iştirak etmişlər.
Azərbaycan.-2013.- 30 aprel.- S.3.