Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin
sədri Monqolustanda keçirilən Demokratiya Birliyi naminə
VII Nazirlər Konfransında iştirak etmişdir
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova aprelin 27-dən 29-dək
Monqolustanda keçirilən Demokratiya Birliyi naminə VII Nazirlər
Konfransında iştirak etmişdir.
Konfransda
70-dən artıq ölkənin yüksək səviyyəli
nümayəndə heyəti təmsil olunmuşdur. Komitənin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, konfransın birinci
günü "Demokratiya və Minilliyin İnkişaf Məqsədləri",
"Vətəndaş cəmiyyətinin inkişafı"
mövzularında müzakirələr keçirilmişdir.
H.Hüseynova
"Qadınların gücləndirilməsi demokratiyanın
möhkəmlənməsidir" mövzusunda təşkil
olunmuş paneldə
çıxış etmişdir. O, Azərbaycanda qadın
hüquqlarının müdafiəsi və onların ictimai həyatda
fəallıqlarının artırılmasının dövlətimizin
siyasətinin prioritet sahələrindən biri olduğunu
vurğulamışdır.
Komitə
sədri qadın hüquqlarının müdafiəsi sahəsində
ölkəmizdə qəbul olunan müvafiq qanunlar və
onların implementasiyası haqqında məlumat vermişdir.
Əhalinin
inkişafı və rifah naziri ilə görüşdə əlaqələrin
genişləndirilməsi məqsədi ilə memorandumun
imzalanması qərara alınmışdır.
H.Hüseynova
Monqolustan Respublikasının yerli televiziya kanallarına
respublikamızda həyata keçirilən işlər və
uğurlu islahatlar haqqında məlumat vermişdir.
Konfransın yekunu olaraq Ulan-Bator Bəyannaməsi qəbul
olunmuşdur.
Azərbaycan.-2013.- 30 aprel.- S.3.