Nur şəhərində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
konfrans keçirilmişdir
Mingəçevir
şəhərində açılışı yenicə
gerçəkləşən möhtəşəm Heydər
Əliyev Mərkəzi respublikanın elektrik enerjisi sistemini təmsil
edən fəalların ixtiyarında idi. Ulu öndərin 90
illik yubileyini qeyd etməyə toplaşan energetiklər ilk
öncə Heydər Əliyevin abidəsinin önünə tər
qızılgüllər düzdülər.
Tədbirdə
çıxış edən "Azərenerji"
Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar
Pirverdiyev konfransın keçirilməsi üçün bu məkanın
təsadüfi seçilmədiyini bildirdi. Bu gün ölkəmizin
enerji təhlükəsizliyində əvəzsiz rol oynayan, nəinki
respublikanın, eyni zamanda, bütün Qafqazın enerji nəhənginə
çevrilmiş Mingəçevirin tikilib-qurulması məhz
Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Etibar
Pirverdiyev çıxışında ulu öndər Heydər
Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində
respublikamızda elektrik enerjisi sisteminin dinamik inkişaf yolu
keçdiyini dönə-dönə
vurğulamışdır. Bu gün qürurla dilə gətirilən
Azərbaycanın enerji təhlükəsizliyinin bünövrəsi
məhz ötən əsrin 70-ci illərində
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Natiq qeyd etmişdir ki, Heydər Əliyevin təşəbbüsü
və bir çox ciddi maneləri dəf edən yenilməz
iradəsi ilə Cənubi Qafqazın ən böyük istilik
elektrik stansiyası olan Azərbaycan İES-in birinci enerji bloku
1981-ci il oktyabrın 20-də istifadəyə verilmişdir.
Respublika Prezidenti Ilham Əliyevin sərəncamı ilə hər
il oktyabrın 20-i "Energetik günü" kimi qeyd olunur.
Konfransda
Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir
Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramov, "Azərenerji"
Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov
xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illər ərzində respublikada elektrik
enerjisi sistemində qazanılmış misilsiz nailiyyətlərdən
danışmışlar. Natiqlər son illər
respublikamızda həyata keçirilən məqsədyönlü
tədbirlər sayəsində ölkəmizin enerji
idxalından azad olunmasını, Azərbaycanın etibarlı
enerji təhlükəzliyinin təmin edildiyini qürurla
vurğulamışlar.
Konfrans
iştirakçıları adından Azərbaycan Prezidenti
İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Maraqlı
tədbir "Azərbaycanın müstəqil elektrik enerjisi
sisteminin yaradıcısı" filminin nümayişi ilə
başa çatmışdır.
Lazım QULİYEV
Azərbaycan.-2013.- 30 aprel.- S.9.