Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının beşillik fəaliyyəti
müzakirə edilmişdir
Aprelin 11-də Beynəlxalq Mətbuat Mərkəzində
QHT Əməkdaşlıq Alyansının təşkilatçılığı
ilə Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının 5 illik fəaliyyətinə həsr
olunmuş ictimai müzakirə keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə toplantının məqsədinin
ölkəmizdə demokratik təsisatların və vətəndaş
cəmiyyətinin inkişafında mühüm rol oynayan QHT-lərə
Dövlət Dəstəyi Şurasının
yaranmasının 5 illik fəaliyyətinə bir daha nəzər
salmaq, milli QHT-lərin daha da geniş təşəkkül
tapdığı bu dövrdə qazanılan nailiyyətlər,
bundan sonra görüləcək işlərlə
bağlı geniş ictimai müzakirə açmaq olduğu
bildirilmişdir.
Qeyd
edilmişdir ki, Prezident İlham Əliyevin 2008-ci il 16 aprel
tarixli sərəncamı ilə yaradılan Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası ötən 5 il
müddətində vətəndaş cəmiyyətinin
inkişafı istiqamətində mühüm işlərə
imza atmışdır. Şuranın fəaliyyəti
bütün qeyri-hökumət təşkilatları və vətəndaş
cəmiyyətləri üçün önəmli bir hala
çevrilmişdir.
Tədbirdə
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının 5 illik fəaliyyəti ilə bağlı
hesabat məruzəsi dinlənilmişdir.
Məruzədə
qeyd edilmişdir ki, QHT-lərə Dövlət dəstəyi
Şurası bu illər ərzində milli maraqların
qorunması, Konstitusiya və qanunlara, dövlət rəmzlərinə
hörmətin formalaşdırılması, eləcə də
Azərbaycanın ərazi bütövlüyünün bərpası,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ölkəmizin
mövqeyinin dünyada fəal şəkildə təqdim edilməsi,
qaçqın və məcburi köçkünlərin
hüquqlarının müdafiəsi, azərbaycançılıq
ideyasının təbliği, ümumiyyətlə, dövlət
və cəmiyyətin inkişafı üçün əhəmiyyət
kəsb edən problemlərin həllinə qeyri-hökumət
təşkilatlarının cəlb olunması və onlara məlumat,
metodiki, təşkilati-texniki, maliyyə yardımının
göstərilməsinə dair yüzlərlə layihənin
maliyyələşdirilməsini həyata keçirmişdir.
Tədbirdə
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası katibliyinin icraçı direktoru Fərasət
Qurbanov çıxış edərək təmsil etdiyi qurumun milli donor institutunun ilk məktəbi
olduğunu və indiyədək təkcə Azərbaycanda
deyil, bütövlükdə keçmiş Sovetlər Birliyi
və indiki MDB məkanı ölkələrində belə
bir təcrübənin olmadığını diqqətə
çatdırmışdır.
F.Qurbanov
vurğulamışdır ki, qısa müddətdə qurumun
əldə etdiyi uğurlar sevindiricidir. QHT-lərə
dövlət dəstəyini həyata keçirən, eyni
zamanda, donorluq fəaliyyəti ilə məşğul olan beynəlxalq
təşkilatların, inkişaf etmiş ölkələrin
yüz illərlə əldə etdikləri təcrübələri
vardır. Azərbaycanın bu prosesə 5 ildir ki,
qoşulmasına baxmayaraq, əldə olunan əhəmiyyətli
uğurlar göz qarşısındadır. Bütün bu
uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə
vətəndaş cəmiyyətinə dəstəyini əsirgəməməsi
sayəsində mümkün olmuşdur.
Şuranın
fəaliyyətinin müzakirəyə
çıxarılmasına görə minnətdarlığını
bildirən F.Qurbanov qurumun fəaliyyəti ilə bağlı
müzakirələrin, söylənilən tənqidi fikirlərin
ümumi işin xeyrinə olacağını söyləmişdir.
Azərbaycan
Respublikasının Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin məsul
əməkdaşı Vüsal Quliyev bildirmişdir ki,
qeyri-hökumət təşkilatları ilə Azərbaycan
hökuməti arasındakı münasibətlərin yeni mərhələsi
2007-ci ildə Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Konsepsiyasının qəbul
olunması ilə başlanmışdır. Həmin ilin
sonunda bu konsepsiyanın reallaşdırılması ilə
bağlı zəruri təşkilati tədbirlər
görülmüş, 2008-ci ildən Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası fəaliyyətə
başlamışdır.
Qeyd
edilmişdir ki, bu gün Şura hakimiyyətin QHT-lərə
dövlət dəstəyi konsepsiyasını uğurla icra
edir. Azərbaycan hakimiyyəti artıq QHT-lərə sadəcə
tərəfdaş kimi deyil, bilavasitə ölkə vətəndaşlarının
təmsil olunduqları kütləvi təşkilatlar kimi
baxır, onların bu və ya digər təşəbbüslərini
həyata keçirmələrinə maddi dəstək vermək
iradəsini ortaya qoyur.
Tədbirdə
Milli Məclisin deputatlarından Adil Əliyev, Əli Məsimli,
Yevda Abramov və QHT-lərin rəhbərləri qeyri-hökumət
təşkilatlarının inkişaf problemlərinin həlli,
müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi,
dövlət orqanları ilə vətəndaş cəmiyyəti
institutları arasında əməkdaşlıq münasibətlərinin
sabit və səmərəli sisteminin yaradılması və
s. məsələlər barədə geniş müzakirələr
aparmışlar.
Sonda
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının beşillik fəaliyyəti ilə
bağlı QHT Əməkdaşlıq Alyansının təhlil-açıqlaması
toplantı iştirakçılarının rəylərini
özündə əks etdirən yekun sənəd kimi qəbul
edilmişdir.
Azərbaycan.- 2013.- 12 aprel.- S. 7.