Tərtər rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Beş min
nəfər əhalinin yaşadığı 4
yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Tərtər
Rayon İcra Hakimiyyətinə
3,2 milyon (üç milyon iki yüz
min) manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 31 iyul 2013-cü il
Azərbaycan.- 2013.- 1 avqust.- S.1.