İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri cənab Ueli Maurerə

 

Hörmətli cənab Prezident!

 

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

 

Bu gün Azərbaycan-İsveçrə münasibətləri hərtərəfli inkişaf etməkdədir. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 29 iyul 2013-cü il

 

Azərbaycan.- 2013.- 1 avqust.- S.1.