Benin
Respublikasının Prezidenti
zati-aliləri cənab
Boni Yayiyə
Hörmətli cənab Prezident!
Benin Respublikasının
milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan
ilə Benin arasında
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı yolunda bundan sonra da
birgə səylər
göstərəcəyik.
Bu
əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Benin xalqına
əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı,
29 iyul 2013-cü il
Azərbaycan.- 2013.- 1 avqust.- S.1.