Ramiz Rzayev:
Azərbaycanda prezident seçkiləri tam demokratik, şəffaf
və ədalətli keçiriləcəkdir
Azərbaycanda prezident seçkiləri tam
demokratik, şəffaf və ədalətli
keçiriləcəkdir. AzərTAc xəbər verir ki, bu
sözləri Ali Məhkəmənin sədri
Ramiz Rzayev iyulun 31-də jurnalistlərə müsahibəsində
demişdir.
Ramiz Rzayev
bildirmişdir ki, Mərkəzi
Seçki Komissiyası tərəfindən
hər seçki ərəfəsində
dairə seçki komissiyalarının sədrləri
üçün kurslar
təşkil olunur. Bu
kurslar çərçivəsində
seçicilərin hüquqlarının məhkəmələr
tərəfindən qorunması mövzusunda
komissiya üzvləri ilə fikir mübadiləsi aparılır.
Ali Məhkəmənin
sədri qeyd etmişdir
ki, əvvəllər seçki
prosesi ilə əlaqədar məsələlər
Mülki Prosessual Məcəllə
ilə tənzimlənirdi. 2013-cü ildə edilən dəyişikliklərə
əsasən, qarşıdakı seçkilərdə məsələlərə
inzibati məhkəmələr tərəfindən
baxılacaqdır.
Azərbaycan.- 2013.- 1 avqust.- S.3.