Hara istəyirsən üz tut

 

Amma əvvəlcə öz xalqının etimadını qazan

 

İyul ayının 31-də "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyov yenə də öz sözünün üstündə dayanmadı - Bakıya gəlmədi. Nədənsə, Tbilisiyə getdi. Özü də bəyan etdi ki, Bakıya gəlməməsi qətiyyən nədənsə çəkinməsi ilə bağlı deyil. Hələ ki, Rusiya vətəndaşlığından çıxmaq üçün sənəd hazırlayır. Qəribədir, Rusiya vətəndaşlığının Tbilisiyə nə dəxli var? Bütün bunlar qoca kinossenaristin növbəti uydurması, çevrəsindəki adamları manevrlə aldatmaq cəhdidir.

Tbilisi ilə bağlı bir fakt da ciddi maraq doğurur. Müxalifət qəzetləri yazır ki, guya Gürcüstanda yaşayan azərbaycanlılar Rüstəm İbrahimbəyovu "Vere Palace" hotelində izdihamla qarşılayıblar.  Ardınca da yazırlar ki, əlavə problemlər yaranmasın deyə, həmin adamlar ərazidən tezliklə uzaqlaşdırılıb. Əgər bu görüş qocaya sevgidən yaranıbsa, hansı əlavə problemlərdən söhbət gedə bilər? Azərbaycana gəlmir ki, guya onu şərləyib həbs edəcəklər. Bəs Gürcüstanda yaşayan azərbaycanlılardan niyə bu qədər gizlənir? Səbəb bəllidir. Birincisi, o adamlarla öz dilində danışa bilmir, ikincisi, onların problemləri, ağrıları, ehtiyacları ona o qədər uzaqdır ki, Rüstəm İbrahimbəyovun özü yox, dostu və əzizi saydığı erməni kinorejissoru da bu mövzuda bitkin kinossenari yaza bilməz.

Mətləbdən uzaqlaşmayaq. Yenə də müxalifət obraza girib. Axı keçən əsrdə də Gürcüstanı və ya Türkiyəni siyasi sığınacaq seçənlər olub. Hətta 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi mənzil-muzey də Tbilisidə yerləşir. Amma indizaman, nə də mühit o havaya köklənməyib. Ona görə ki, Rüstəm İbrahimbəyovun Tbilisidə həndəvərinə yığdığı müxalifət ideoloqları hər gün Bakının çayxana və dalanlarında açıq və ya gizli müzakirələr aparırlar. Öz qəzetlərində nüvəsində söyüşböhtan olan bəyanatlar yayırlar. Deməli, onların azad söz demək, fikir söyləmək imkanları qətiyyən məhdud deyil.

Rüstəm İbrahimbəyovun bir gün Avropada, o birisi gün Moskvada, sonra da Tbilisidə görünməsi heçonun işgüzar imicindən soraq vermir. Bütün bunlar ucuz, özüçox ucuz manipulyasiyadır.

Tbilisi müzakirəsində belə qənaətə gəliblər ki, Rüstəm İbrahimbəyovun Bakıya dönməsi üçün "Milli Şura"da qərar çıxarılmalıdır. Yenə də inanılmaz təzadlar ortaya çıxır. Bəs bugünə kimi Bakıya dönüşlə bağlı verilən bəyanatları kimin ayağına yazaq? Yazırlar ki, gah iyulun 31-də, gah avqustun 2-də - "Milli Kino Günündə (axı qoca kinosevərdir) mütləq Bakıya dönəcək. Sonuncu bəyanatlarda isə bu dönüş yeni qərarın ümidinə qalıb. Əslində öz gündəlik qayğıları ilə məşğul olan Azərbaycan vətəndaşının belə bir fantastika aşiqinə nə ehtiyacı var, nə də onun yolunu gözləyir. Bütün bunlar beş-on nəfərin yersiz uydurması, elə bil uşaqları yuxuya vermək üçün söylədikləri şirnikdirici nağıllardır.

Tbilisi görüşündə (gəzinti də demək olar)  belə bir fikir müzakirə olunub ki, "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovla İsa Qəmbərin ikilikdə görüşü keçirilsin. Deyəsən, qızın iki adaxlısı var. "Ehtiyat namizəd" bir qayda olaraq niyyətinə çatmaq üçün fürsət və girəvə axtarır. Yenə də gizli görüşlərə, küncdə-bucaqda aparılan söhbətlərə ümid edir, belə şeylərdən nəticə gözləyirlər.

Tbilisi müzakirəsi komik yekunları ilə yadda qalıb. Ora-bura müraciətlər müxalifətin köhnə hobbisi, oynanılmış havasıdır ki, bu ənənəni yenə də davam etdirirlər. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsini sürətləndirmək üçün RF Prezidentinə müraciət ediblər. Amma unudurlar ki, Rusiyanın siyasi dairələrində belə məsələlər ciddi müzakirə mövzusu deyilMoskvada Rüstəm İbrahimbəyov adi adam sayılır.

Tbilisi görüşünün iştirakçıları Avropa Şurasına da müraciət göndəriblər. Həmişə olduğu kimi, belə bir qurumdan yenə də korluğunu, qıtlığını çəkdikləri demokratiya istəyirlər. Daha bir müraciət isə ABŞ Konqresinə ünvanlanıb. Umacaqları da odur ki, qoca kinossenarist prezident seçkilərində sərbəst iştirakına şərait yaradılsın. Ya unudurlar, ya da siyasi naşılıq göstərirlər. Adamdan soruşarlar ki, ay zalım balası, günahın nədir ki, bu qədər təlaşdasan? Suçun yoxdursa, bu meydan, bu da şeytan, get, hünərini göstər! Dünyanın o künc-bucağı qalmadı ki, əl açıb yalvarmayasan. Gərək yalvarışsız, minnətsiz öncə bu xalqın etimadını qazanasan, sonra hara istəyirsən üz tut!

 

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2013.- 1 avqust.- S.3.