Azərbaycanın
hüquq-mühafizə orqanlarının korrupsiya
ilə mübarizə sahəsində həyata keçirdikləri
kompleks tədbirlər nəticəsində
mühüm nailiyyətlər əldə
edilmişdir
Azərbaycanın
hüquq-mühafizə orqanlarının korrupsiya
ilə mübarizə sahəsində həyata keçirdikləri
kompleks tədbirlər nəticəsində
mühüm nailiyyətlər əldə
edilmişdir.
AzərTAc xəbər verir ki, bu
sözləri baş prokurorun
birinci müavini
Rüstəm Usubov iyulun
31-də dairə seçki
komissiyalarının sədrləri üçün
təşkil edilmiş seçki
hüququ üzrə
ixtisaslaşdırılmış kursdakı
çıxışında demişdir.
Cari ilin birinci yarısında Baş Prokurorluğun, o cümlədən Baş
Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin fəaliyyəti
barədə məlumat verən Rüstəm Usubov
bildirmişdir ki, bu sahədə bir sıra
uğurlar qazanılmışdır. Məhz
görülən işlərin nəticəsidir ki, rəyi soruşulan
respondentlərin 68 faizi korrupsiya
ilə mübarizə sahəsində görülən işləri
təqdirəlayiq hesab etmiş,
73 faizi isə ölkədə
korrupsiyanın səviyyəsinin artmadığını bildirmişdir. O demişdir:
"Biz daha fəal
olmalıyıq ki, korrupsiya
və rüşvətxorluq üçün
olan meydan maksimum dərəcə daralsın".
Rüstəm
Usubov qeyd etmişdir ki, əvvəlki
illərlə müqayisədə cari ilin birinci yarısında soyğunçuluq 24 faiz, oğurluq 46 faiz, dövlət
əmlakının talanması ilə bağlı cinayət
hadisələri isə 17,3 faiz
azalmışdır. Əvvəlki illərlə müqayisədə
üstü açılmamış cinayətlər
15-16-ya qədər azalmışdır. Bu
ilin 6 ayı ərzində isə bu xarakterli cinayətlərdən
cəmi 5-nin üstü
açılmamışdır.
Baş prokurorun birinci müavini vurğulamışdır ki, korrupsiyaya qarşı
görülən preventiv tədbirlər
nəticəsində Baş Prokurorluqda informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinin genişləndirilməsi və
şəffaflığın tətbiqi sahəsində mühüm işlər görülmüşdür. Baş
prokurorluqda yeni informasiya texnologiyalarının hərtərəfli
tətbiqi və mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin
yaradılması istiqamətində görülən işlər
müsbət dəyərləndirilir.
Rüstəm
Usubov bildirmişdir ki, Prezident İlham
Əliyevin sədrliyi Nazirlər Kabinetinin
cari il iyulun
11-də keçirilmiş iclasında
dövlətimizin başçısının elektron sistemə keçidin
zəruriliyi barədə verdiyi göstərişlərə
müvafiq olaraq təxirəsalınmaz
tədbirlər görülmüşdür. Bakı
şəhərinin prokurorluq orqanları və
respublika ərazisində yerləşən
tabe rayon və şəhər
prokurorluqlarının "Elektron sənəd
dövriyyəsi" sisteminə mərhələli şəkildə
qoşulmaları, videokonfrans rejimində bütün tabe struktur qurumlarla əlaqələrin
və informasiya sisteminin
yaradılması üzrə tədbirlərin
yekunlaşdırılması və bu sistemin tətbiqinə
başlanılması istiqamətində zəruri
tapşırıqlar verilmişdir. Prokurorluq orqanlarında
çalışanların 52 faizini gənc
kadrlar təşkil edir.
Onlardan 70 nəfəri Baş
Prokurorluqda fəaliyyət göstərir.
Azərbaycan.- 2013.- 1 avqust.- S. 3.