Tanınmış türkiyəli
pianoçunun V Qəbələ Beynəlxalq
Musiqi Festivalında
çıxışı alqışlarla
qarşılanmışdır
Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət
layihələrindən biri olan V Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla
davam edir.
AzərTAc xəbər verir ki, festivalın
proqramına uyğun olaraq
iyulun 31-də "Qafqaz
Resort" hotelinin kamera zalında keçirilən növbəti
kamera musiqisi
axşamında tanınmış türkiyəli pianoçu xanım İdil
Biret çıxış etmişdir.
Klassik Avropa
bəstəkarlarının əsərlərini təqdim edən
İdil Biret gözəl
çıxışı ilə dinləyicilərin qəlbinə
yol tapmışdır.
Musiqi axşamında L.Van Betxoven və Frederik Şopenin əsərləri ifa
olunmuşdur.
Tanınmış pianoçunun çıxışı
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanmışdır.
Paris Konservatoriyasında təhsil
almış İdil Biret
16 yaşından Boston, London,
Drezden orkestrləri ilə geniş
konsert proqramı ilə
çıxış etmişdir.
İdil Biret dünya vətəndaşıdır. O, yorulmadan qastrol
səfərlərinə çıxaraq musiqisini
dünyanın, demək olar ki, hər bir guşəsində
tanıtmışdır. Ötən əsrin 80-ci illərinin
ortalarından başlayaraq məşhurlaşan
İdil Biret əsasən
caz-pop üslubunda ifa edən pianoçu kimi tanınır.
Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya
üzrə onlarla konsertləri ilə
tanınan İdil Biret
instrumental musiqinin ən
parlaq ulduzlarından biridir.
Azad ruhu və
yaradıcılıq dühası ona
tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla
eyni səhnədə
çıxış etmək imkanı yaratmışdır.
Bir çox nüfuzlu beynəlxalq
mükafatlara layiq
görülən İdil Biret
klassik musiqi, caz və yeni əsr musiqisinin qlobal ritmlərinin
ahəngi və təsiri ilə dolu olan coşqun, emosional və ekzotik
melodiyaların çox maraqlı kolleksiyasını
tamaşaçılara təqdim edə bilmişdir.
Türk pianoçusu
Şərqin musiqi mədəniyyətinə
sədaqətini qoruyub saxlamış, orijinal bəstəkar, özünəməxsus
ifaçı kimi ürəkləri fəth
etmişdir.
Azərbaycan.-2013.- 1 avqust.- S.4.