V Qəbələ Beynəlxalq
Musiqi Festivalı çərçivəsində
muğam axşamı
tamaşaçıları heyran etmişdir
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə reallaşdırılan V
Qəbələ Beynəlxalq Musiqi
Festivalı çərçivəsində iyulun
31-də muğam axşamı keçirilmişdir.
AzərTAc xəbər
verir ki, "Ustaddan şagirdə" adlı konsertdə
tanınmış xanəndə, xalq artisti Mənsum İbrahimov,
müxtəlif nüfuzlu festivalların
iştirakçısı və beynəlxalq müsabiqələr
laureatları Arzu Əliyeva və Aytən
Məhərrəmova çıxış etmişlər.
Ümumilikdə 1000-dən
çox tamaşaçının izlədiyi
konsertdə muğam kompozisiyası və
bəstəkarlarımızın əsərləri səsləndirilmişdir.
Çoxsaylı
tamaşaçılar qarşısında geniş
proqramla çıxış edən muğam ifaçılarını əməkdar
artistlər - Elçin Həşimov (tar) və Elnur Əhmədov
(kamança)
müşayiət etmişlər.
Xanəndələrimizin ifa etdikləri "Bayatı-Şiraz",
"Mahur", "Segah",
"Şahnaz", "Rast"
muğamları, eləcə də "Qarabağ
şikəstəsi" tamaşaçılar tərəfindən
heyranlıqla qarşılanmışdır.
Avqustun 6-dək davam
edəcək musiqi bayramında Azərbaycan
və xarici ölkələrdən
görkəmli musiqiçilər, bədii kollektivlər və
solistlər iştirak edirlər.
Azərbaycan.- 2013.- 1 avqust.- S.4.