Almaniya Azərbaycan ilə dialoqun və ənənəvi xoş
münasibətlərin davam etdirilməsində
maraqlıdır
İyulun 31-də Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
Almaniya Federativ
Respublikasının ölkəmizə yeni
təyin olunmuş səfiri Haydrun Tempel ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
nazir Elmar Məmmədyarov
Haydrun Tempeli ölkəmizə
səfir təyin olunması münasibətilə təbrik etmiş və ona gələcək
fəaliyyətində uğurlar
arzulamışdır.
Görüşdə Azərbaycan
ilə Almaniya arasındakı ikitərəfli
əlaqələrin inkişafından məmnunluq ifadə edilmişdir.
Nazir Elmar
Məmmədyarov yeni təyin olunmuş səfirin iki
ölkə arasındakı münasibətlərin daha da inkişafına
töhfə verəcəyinə əminlik ifadə etmişdir.
Etimadnaməsinin surətini
nazir Elmar Məmmədyarova
təqdim edən Haydrun Tempel
ölkəsinin Azərbaycan ilə dialoqun
və ənənəvi xoş münasibətlərin
davam etdirilməsində maraqlı olduğunu bildirmişdir.
O, diplomatik fəaliyyəti müddətində
ölkələrimiz arasındakı münasibətlərin
genişləndirilməsi istiqamətində səylər
göstərəcəyini diqqətə
çatdırmışdır.
Azərbaycan.- 2013.- 1 avqust.- S. 5.