Bakıda Azərbaycan ilə
İsveçrə arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlığın perspektivləri
müzakirə edilmişdir
İyulun 31-də Kənd
Təsərrüfatı Nazirliyində İsveçrə
Konfederasiyasının Azərbaycana yeni təyin
olunmuş səfiri Paskal
Obişer, İsveçrə Əməkdaşlıq
Təşkilatının Cənubi Qafqaz
üzrə regional direktoru
Rudolf Şox və onun müavini Matias Feldman ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, görüşün məqsədi Azərbaycan
ilə İsveçrə arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlığın perspektivlərinin
müzakirəsi olmuşdur.
Kənd təsərrüfatı
naziri İsmət Abasov
əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulan
iqtisadi inkişafın Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində ölkədə aqrar
sahədə əldə olunan nailiyyətlər,
dövlətin bu sahəyə göstərdiyi
diqqət və
qayğısı barədə qonaqlara məlumat
vermişdir.
Nazir Azərbaycanda
aqrar sektorun
inkişafı istiqamətində hökumət tərəfindən
həyata keçirilən tədbirlərin və kənd təsərrüfatı
sektorunda mütərəqqi dəyişikliklərin
dəstəklənməsində İsveçrə hökumətinin
müəyyən töhfəsi olduğunu
qeyd etmişdir.
İkitərəfli
əməkdaşlıq əlaqələrindən danışan
İ.Abasov vurğulamışdır ki, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən
2007-2012-ci illərdə ölkəmizdə "Azərbaycan
Respublikasının Ağdam rayonunun yeni
salınmış qəsəbələrində məskunlaşmış
məcburi
köçkünlər və qaçqınlar üçün kəndin inkişafında
potensialın artırılması" layihəsi həyata keçirilmişdir. Bu layihənin maliyyələşdirilməsində
Azərbaycan hökuməti ilə yanaşı,
İsveçrə hökuməti də iştirak
etmişdir. İki
ölkə arasında heyvandarlıq məhsullarının
qarşılıqlı ticarətini asanlaşdırmaq məqsədilə
tərəflər arasında 8 adda
baytarlıq sertifikatı nümunələri
razılaşdırılmışdır.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi məqsədilə bir
sıra təkliflər irəli sürülmüşdür.
Səfir Paskal
Obişer fəaliyyəti dövründə
ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq
əlaqələrinin daha da
inkişaf etdirilməsi üçün
bundan sonra da səylərini əsirgəməyəcəyini
bildirmişdir.
Azərbaycan.- 2013.- 1 avqust.- S. 5.