Ukrayna parlamenti
qondarma «erməni soyqırımı» layihəsini
müzakirəyə çıxarmaqdan imtina
etmişdir
Ukrayna Ali
Radasının insan hüquqları və
millətlərarası münasibətlər komitəsi
parlamentə təqdim olunmuş qondarma «erməni soyqırımı»nın
tanınması haqqında qanun layihəsini
müzakirəyə çıxarmışdır.
Ukrayna Azərbaycanlıları
Konqresindən AzərTAc-a bildirmişlər ki,
komitə üzvləri keçirilən müzakirələrdə
layihənin parlamentdə müzakirəsini məqbul
sayılmamış və layihə komitədən geri qaytarılmışdır.
Müzakirə zamanı bildirilmişdir ki, belə
bir sənədin Ukrayna
parlamentində qəbulu reallığa uyğun
deyildir. Komitə üzvlərinin yekdil fikri ondan ibarət olmuşdur ki, bu kimi sənədlərin
qəbulundan əvvəl tarixçilərin bu
barədə geniş
araşdırmalarına və birgə qərarlarına ehtiyac vardır. Eyni zamanda, belə bir qanunun qəbulu ölkədə millətlərarası
münasibətlərə ciddi ziyan vura bilər. Ona görə də komitə belə bir qanun layihəsini parlamentin plenar iclasına
çıxarmaqdan imtina etmişdir.
Məsələ ilə
bağlı Ali Radanın bir
qrup deputatının imzası ilə Ukrayna Azərbaycanlıları Konqresinə rəsmi
müraciət də ünvanlanmışdır. Müraciətdə
layihənin komitədən geri
qaytarıldığı və Ukraynada yaşayan azərbaycanlıların, digər türkdilli xalqların narahatlığına
artıq ehtiyac qalmadığı qeyd olunmuşdur.
Xatırladaq
ki, qanun layihəsi ötən
ay Ukrayna Ali Radasının erməni əsilli
deputatları Arsen Avakov
(Yuliya Timoşenkonun rəhbəri
olduğu "Batkivşina"
Partiyası) və Vilen Şatvoryanr
(hakim Regionlar
Partiyası) tərəfindən hazırlanaraq parlamentin
müvafiq komitəsinə təqdim olunmuş və radanın katibliyində qeydə
alınmışdır.
Azərbaycan. - 2013.- 1 avqust.- S. 7.