Sistemə 13 milyondan
çox cihaz haqqında məlumat daxil edilib
Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə
olunan mobil cihazların texniki identifikasiya göstəriciləri
barədə məlumatların
vahid baza sisteminə daxil edilməsi, saxlanılması
və emalı üçün nəzərdə
tutulmuş informasiya sistemi - mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətini
davam etdirir.
"APA Economics"in Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə istinadən
verdiyi məlumata görə, artıq sistemə 13 milyondan artıq cihaz haqqında məlumat daxil edilib.
Qeyd edək ki,
mobil cihazların qeydiyyatının
aparılması qaydaları 2011-ci ilin dekabr ayında Nazirlər Kabinetinin
qərarı ilə təsdiqlənib. Mobil
cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM)
yaradılıb. Sistem mobil cihazların qeydiyyatı ilə
texniki parametrləri standartlara
uyğun gəlməyən, keyfiyyət əmsalları
aşağı olan və insan
orqanizmi üçün
zərərli elektromaqnit
şüalanmaları yayan mobil
cihazların ölkəyə idxalının
qarşısının alınmasını, itirilən və
ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılmasını, ölkə ərazisinə gətirilən
mobil cihazlara mövcud qaydalara əsasən
uyğunluq sertifikatlarının
alınmasını, telekommunikasiya
bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsinin
və rəqabət qabiliyyətinin yüksəlməsinə
şərait yaradılmasını, qanunsuz
yollarla idxal edilən mobil cihazların və dövlət
büdcəsinə ödənişlərdən yayınma
hallarının qarşısının alınmasını təmin
edir.
Azərbaycan. - 2013.- 1 avqust.- S. 7.