Azərbaycan Respublikası
Prezidentinin seçkilərində namizədlərin siyasi
partiyalar və siyasi partiyaların blokları tərəfindən
irəli sürülməsi qaydaları haqqında
TƏLİMAT
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 18
iyun 2013-cü il tarixli 6/37 saylı qərarı ilə təsdiq
edilmişdir
Azərbaycan
Respublikası Prezidentinin seçkilərində namizədlərin
siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən
irəli sürülməsi qaydaları Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya)
100-102-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(bundan sonra - Seçki Məcəlləsi) 54-cü, 180-ci maddələri və bu Təlimatla tənzimlənir.
1. Ümumi müddəalar
1.1. Prezidentliyə namizədlər
seçkilərin təyin edilməsi haqqında qərar rəsmi
dərc olunduqdan sonra irəli
sürülür.
1.2. Prezidentliyə
namizədlər (bundan sonra - namizədlər) passiv seçki
hüququna malik olan və Konstitusiyanın 100-cü maddəsinin
tələblərinə cavab verən vətəndaşın
özü, aktiv seçki hüququna malik vətəndaşların
(bundan sonra - seçicilərin) təşəbbüs
qrupları, habelə siyasi partiya və ya siyasi
partiyaların bloku tərəfindən irəli sürülə
bilərlər.
1.3. Siyasi partiya, siyasi
partiyaların bloku həmin siyasi partiyanın, habelə bloka
daxil olan partiyaların üzvü olmayan şəxsləri də
namizəd kimi irəli sürə bilərlər.
2. Namizədlərin siyasi
partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli
sürülməsi qaydaları
2.1. Namizədin irəli sürülməsi
haqqında qərarı siyasi partiya öz nizamnaməsinə
uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada, səsvermə
yolu ilə qəbul edilməlidir.
2.2. Siyasi partiyaların
bloku tərəfindən irəli sürülən namizəd
bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq
edilir. Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi
haqqında qərar siyasi partiyaların nümayəndələrinin
iclasında (qurultayında, konfransında, rəhbər
orqanının iclasında) qəbul edilir. Siyasi
partiyaların səlahiyyətli
nümayəndələri də partiyaların qurultayında
(konfransında, rəhbər orqanının iclasında)
müəyyənləşdirilir.
2.3. Namizəd öz arzusu
ilə siyasi partiyaya mənsubluğunu namizədliyinin irəli
sürülməsinə dair razılıq ərizəsində
göstərə bilər.
2.4. Namizədin irəli
sürülməsi barədə siyasi partiyanın, siyasi
partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir.
Həmin protokolda aşağıdakılar göstərilir:
2.4.1. iclasda (qurultayda,
konfransda, rəhbər orqanın iclasında) iştirak etmək
üçün qeydə alınmış
iştirakçıların sayı;
2.4.2. siyasi partiyalar blokunun
yaradılması haqqında sazişdə nəzərdə
tutulan qərarın qəbul edilməsi üçün
lazım olan iştirakçıların sayı;
2.4.3. namizədin irəli
sürülməsi barədə qərar və bu qərar
üzrə səsvermənin nəticələri;
2.4.4. qərarın qəbul
edilməsi tarixi.
3. Namizədliyin irəli
sürülməsinin təsdiq edilməsi üçün
siyasi partiya Mərkəzi Seçki Komissiyasına
aşağıdakı sənədləri təqdim etməlidir:
3.1. siyasi partiyanın qeydə
alınması barədə şəhadətnamənin notariat
qaydasında təsdiq edilmiş surəti;
3.2. siyasi partiyanın
qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq
edilmiş surəti;
3.3. namizədliyin irəli
sürülməsi barədə siyasi partiyanın
qurultayının (konfransının, rəhbər
orqanının iclasının) qərarı və müvafiq
iclasın protokolu;
3.4. Seçki
Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun tərtib
edilmiş razılıq ərizəsi (Təlimata 1 saylı əlavə)
(ərizədə prezidentliyə namizədliyi irəli
sürülmüş şəxsin soyadı, adı,
atasının adı, onun doğum tarixi, yaşayış
yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri və tutduğu
vəzifə (bu olmadıqda - fəaliyyət növü), Azərbaycan Respublikasının ərazisində
10 ildən artıq daimi yaşayıb-yaşamaması, məhkumluğunun
olub-olmaması, vətəndaşlıq vəziyyəti və
başqa dövlətlər qarşısında öhdəliyinin
olub-olmamasına dair məlumatlar, habelə
prezident seçiləcəyi halda həmin vəzifə ilə
uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə
öhdəliyi göstərilməlidir);
3.5. səlahiyyətli
nümayəndənin (nümayəndələrin), habelə
maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndənin (nümayəndələrin) təyin
edilməsi barədə siyasi partiyanın qurultayının
(konfransının, rəhbər orqanının
iclasının) qərarı;
3.6. siyasi partiyanın səlahiyyətli
nümayəndələrinin siyahısı (Təlimata 2
saylı əlavə);
3.7. maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrin
siyahısı (Təlimata 3 saylı əlavə);
3.8. səlahiyyətli
nümayəndənin (nümayəndələrin)
razılıq məktubları (Təlimata 4 saylı əlavə);
3.9. maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndənin (nümayəndələrin)
razılıq məktubları (Təlimata 5 saylı əlavə);
3.10. siyasi
partiyanın səlahiyyətli nümayəndənin (nümayəndələrin)
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndənin (nümayəndələrin) həmin
siyasi partiya rəhbərinin imzası və təşkilatın
möhürü ilə təsdiq edilmiş vəkalətnaməsi
(vəkalətnamələri) (Təlimata 6 və 6
"a" saylı əlavələr);
3.11. siyasi partiyanın səlahiyyətli
orqanı səlahiyyətli nümayəndənin səlahiyyətinə
xitam verdiyi halda bu barədə qərarın surəti;
3.12. Bu Təlimatın
3.1-3.11-ci bəndlərində göstərilən sənədləri
Mərkəzi Seçki Komissiyasına səlahiyyətli
nümayəndə təqdim edir;
3.13. Mərkəzi
Seçki Komissiyasına təqdim edilmiş sənədlərin
qəbul edilməsi barədə yazılı arayış səlahiyyətli
nümayəndəyə verilir (Təlimata 7 saylı əlavə);
3.14. Mərkəzi
Seçki Komissiyası təqdim edilmiş sənədlərə
5 gün müddətində baxır, səlahiyyətli
nümayəndəyə namizədliyin irəli sürülməsinin
təsdiq olunub-olunmaması barədə qərar təqdim edir
(göndərir).
4. Namizədin irəli
sürülməsinin təsdiq edilməsi üçün
siyasi partiyalar bloku Mərkəzi Seçki Komissiyasına
aşağıdakı sənədləri təqdim etməlidir:
4.1. siyasi partiyaların
blokuna daxil olan siyasi partiyaların qurultaylarının
(konfranslarının, rəhbər orqanlarının
iclaslarının) namizəd irəli sürmək barədə
qərarları ilə birlikdə
müvafiq iclasların protokolları;
4.2. siyasi partiyaların
blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin
iclasının siyasi partiyaların bloku adından namizəd irəli
sürmək barədə qərarı və müvafiq
iclasın protokolu;
4.3. siyasi
partiyalar blokunun səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrinin Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada (Təlimata 6 "b" və 6 "c"
saylı əlavələr) və ya notariat qaydasında rəsmiləşdirilmiş
vəkalətnamələri (Təlimata 6 "ç" və 6
"d" saylı əlavələr);
4.4. siyasi partiyaların səlahiyyətli
nümayəndələrinin siyahısı (Təlimata 2
saylı əlavə);
4.5. maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrin
siyahısı (Təlimata 3 saylı əlavə);
4.6. səlahiyyətli
nümayəndələrin razılıq məktubları (Təlimata
4 saylı əlavə);
4.7. maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrin
razılıq məktubları (Təlimata 5 saylı əlavə);
4.8. Seçki
Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun tərtib
edilmiş razılıq ərizəsi (Təlimata 1 saylı əlavə)
(ərizədə prezidentliyə namizədliyi irəli
sürülmüş şəxsin soyadı, adı,
atasının adı, onun doğum tarixi, yaşayış
yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri və tutduğu
vəzifə (bu olmadıqda - fəaliyyət növü), Azərbaycan Respublikasının ərazisində
10 ildən artıq daimi yaşayıb-yaşamaması, məhkumluğunun
olub-olmaması, vətəndaşlıq vəziyyəti və
başqa dövlətlər qarşısında öhdəliyinin
olub-olmamasına dair məlumatlar, habelə
prezident seçiləcəyi halda həmin vəzifə ilə
uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə
öhdəliyi göstərilməlidir);
4.9. Bu Təlimatın
4.1-4.8-ci bəndlərində göstərilən sənədləri
Mərkəzi Seçki Komissiyasına səlahiyyətli
nümayəndə təqdim edir;
4.10. Mərkəzi
Seçki Komissiyası təqdim edilmiş sənədlərin
qəbul edilməsi barədə yazılı
arayışı səlahiyyətli nümayəndəyə
verir (Təlimata 7 saylı əlavə);
4.11. Mərkəzi
Seçki Komissiyası təqdim edilmiş sənədlərə
5 gün müddətində baxır, səlahiyyətli
nümayəndəyə namizədliyin irəli sürülməsinin
təsdiq olunub-olunmaması barədə qərar təqdim edir
(çatdırır).
5. Yekun müddəalar
5.1. Bu Təlimat
qüvvəyə mindiyi gündən Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 4
iyul 2008-ci il tarixli 6/23-4 saylı qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Prezidentinin
seçkilərində siyasi partiyalar blokunun qeydə
alınması, namizədlərin, siyasi partiyaların və
siyasi partiyaların blokları tərəfindən irəli
sürülməsi qaydası haqqında" Təlimat
qüvvədən düşmüş hesab edilir.
Təlimata 1 saylı əlavə
____________________________________
(siyasi partiyanın, siyasi partiyalar blokunun adı)
tərəfindən Azərbaycan
Respublikasının Prezidenti seçkilərində prezidentliyə
namizəd irəli sürülmüş şəxsin namizədliyinin
irəli sürülməsinə dair
R
A Z I L I Q Ə R İ Z Ə S
İ
Mən, _________________ ildə anadan
olmuş, ________________
(doğum tarixi)
(yaşayış yerinin
ünvanı)
____________________________________________________
yaşayan,
______________________________
malik olan, ______________ təhsilli,
(şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən (təhsili
haqqında məlumat)
sənədin
seriya və nömrəsi)
_____________________________________
işləyən (fəaliyyət göstərən),
[əsas
iş və ya xidmət yeri,
tutduğu vəzifə
(bu olmadıqda – fəaliyyət növü)]
______________
ərzində Azərbaycan
Respublikasının ərazisində
yaşayan
(müddət)
________________________________________ ___________________
(namizədin
soyadı, adı, atasının adı) (seçkilərin keçiriləcəyi tarix)
tarixdə
keçiriləcək Azərbaycan Respublikası Prezidentinin
seçkilərində
____________________________________________________________
(siyasi partiyanın, siyasi partiyalar blokunun adı)
tərəfindən
Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyimin
irəli sürülməsinə razılıq verirəm.
Mənim
ödənilməmiş və ya
üzərimdən götürülməmiş məhkumluğum
______________________ .
(olub-olmamasına dair məlumat)
Ödənilməmiş
və ya üzərindən götürülməmiş məhkumluğu
olduqda:
____________________________________________________________(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddəsinin adı və
____________________________________________________________
nömrəsi, xarici ölkədə cinayət məsuliyyəti
yaradan əməl olmuşdursa və
____________________________________________________________
bu haqda qanuni qüvvəyə
minmiş məhkəmə hökmü
çıxarılmışdırsa və bu əməl
____________________________________________________________
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə
tutulan cinayət məsuliyyəti yaradırsa,
____________________________________________________________
xarici ölkənin
müvafiq qanununun adı)
Azərbaycan
Respublikasının vətəndaşıyam, seçkilərdə
iştirak etmək hüququna malikəm, ikili vətəndaşlığım
və başqa ölkələr qarşısında öhdəliklərim
____________________ .
(yoxdur / vardır)
İkili
vətəndaşlığı və ya başqa ölkələr
qarşısında öhdəliyi olduqda:
____________________________________________________________
(həmin ölkənin adı və öhdəliyin məzmunu)
____________________________________________________________
________________________
tarixdə keçiriləcək Azərbaycan
Respublikası
(seçkilərin
keçiriləcəyi tarix)
Prezidentinin seçkilərində
prezidentliyə namizədliyimin irəli sürülməsinin mənim
iradəmə uyğunluğunu bildirirəm və prezident
seçiləcəyim halda, həmin vəzifə ilə
uzlaşmayan fəaliyyətə xitam verəcəyimi öhdəmə
götürürəm.
______________________________________________ üzvüyəm,
(mənsub olduğu siyasi partiyanın adı və
abbreviaturası)
prezidentliyə namizədliyim
qeydə alındığı halda, seçki bülletenində
siyasi partiyaya mənsubiyyətim ___________________________________ .
(göstərilib-göstərilməməsinə
dair məlumat)
_____________ ________________________________
(imza) (soyadı, adı və atasının adı)
“_____” _____________
20___ il.
Qeyd:
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
40.15-ci maddəsinin tələbinə uyğun olaraq
razılıq ərizəsinə namizədin 3X4 sm
ölçüdə 2 ədəd rəngli fotoşəkli əlavə
olunmalıdır.
Təlimata
2 saylı əlavə
__________________________
(seçki
komissiyasının adı)
____________________________________________________________
(siyasi partiyanın, siyasi partiyalar blokunun adı)
siyasi partiya, siyasi
partiyaların bloku tərəfindən təyin edilmiş
səlahiyyətli
nümayəndələrin
S
İ Y A H I S I
Sıra
sayı
Soyadı,
adı, atasının adı
Doğulduğu
il
(18
yaşlı şəxsin
həm də
doğul-duğu ay və gün)
Şəxsiyyət
vəsi-qəsinin və ya onu əvəz edən sənədin
seriya-sı, nömrəsi və verilmə tarixi
Yaşayış
yerinin ünvanı
Əsas
iş və
ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda
– fəaliyyət
növü)
Telefon
№-si
1)
Səlahiyyətli
şəxs ____________ ____________________________
(imza) (inisialı
və soyadı)
Qeyd: Bu siyahı Mərkəzi
Seçki Komissiyasına və müvafiq dairə seçki
komissiyalarına təqdim edilir.
Təlimata
3 saylı əlavə
Azərbaycan
Respublikasının
Mərkəzi
Seçki Komissiyasına
____________________________________________________________
(siyasi partiyanın, siyasi partiyalar blokunun adı)
siyasi partiya, siyasi
partiyaların bloku tərəfindən təyin edilmiş
maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrin
S
İ Y A H I S I
Sıra
sayı
Soyadı,
adı, atasının adı
Doğulduğu
il
(18
yaşlı şəxsin
həm də
doğul-duğu ay və gün)
Şəxsiyyət
vəsi-qəsinin və ya onu əvəz edən sənədin
seriya-sı, nömrəsi və verilmə tarixi
Yaşayış
yerinin ünvanı
Əsas
iş və
ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda
– fəaliyyət
növü)
Telefon
№-si
2)
Səlahiyyətli
şəxs ____________ ____________________________
(imza) (inisialı
və soyadı)
Qeyd:
Bu siyahıya maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrin razılıq ərizələri
və Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 40.15-ci maddəsinin
tələbinə
uyğun olaraq 3 X 4 sm ölçüdə 2 ədəd
rəngli fotoşəkil əlavə edilməlidir.
Bu siyahı yalnız Mərkəzi Seçki
Komissiyasına təqdim edilir.
Təlimata
4 saylı əlavə
Azərbaycan
Respublikası Prezidentinin
seçkilərində iştirak edən
_______________________________
(siyasi
partiyanın, siyasi partiyalar blokunun adı)
tərəfindən
səlahiyyətli nümayəndə təyin edilməsi nəzərdə
tutulmuş
___________________________________
(soyadı, adı, atasının adı)
R
A Z I L I Q M Ə K T U B U
Mən,
________________ tarixdə keçiriləcək Azərbaycan
Respublikası
(seçkilərin
keçiriləcəyi tarix)
Prezidentinin seçkilərində
yuxarıda adı göstərilən siyasi partiya, siyasi
partiyaların bloku tərəfindən səlahiyyətli
nümayəndə təyin olunmağıma razılıq
verirəm.
Bildirirəm
ki, _______________ ildə anadan olmuşam, ___________
(doğum tarixi)
_________________________________________________
yaşayıram,
(yaşayış yerinin
ünvanı)
_________________________
malikəm,
__________________________
(şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən [əsas
iş və ya xidmət yeri,
sənədin
seriyası, nömrəsi və verilmə tarixi)
__________________________________
işləyirəm (fəaliyyət
göstərirəm).
tutduğu
vəzifə (bu olmadıqda – fəaliyyət növü)]
Mənimlə
___________________ nömrəli telefonla əlaqə
yaratmaq olar.
(telefon
nömrəsi)
__________ _______________________
(imza) (inisialı və soyadı)
“____”
____________ 20____ il
(ərizənin
verilmə tarixi)
Qeyd:
1. Bu məktub siyasi partiyanın, siyasi partiyaların bloku
tərəfindən təyin edilmiş səlahiyyətli
nümayəndələrin Mərkəzi Seçki
Komissiyasına göndərilməli olan siyahısına əlavə
edilir.
2.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
40.15-ci maddəsinin tələbinə uyğun olaraq
razılıq məktubuna səlahiyyətli nümayəndənin
3×4 sm ölçüdə 2 ədəd rəngli
fotoşəkli əlavə edilməlidir.
Təlimata
5 saylı əlavə
Azərbaycan
Respublikası Prezidentinin
seçkilərində iştirak edən
________________________________
(siyasi
partiyanın, siyasi partiyalar blokunun adı)
tərəfindən
maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndə təyin edilməsi nəzərdə
tutulmuş
________________________________
(soyadı, adı, atasının adı)
R
A Z I L I Q M Ə K T U B U
Mən,_________________tarixdə keçiriləcək
Azərbaycan Respublikası
(seçkilərin keçiriləcəyi tarix)
Prezidentinin seçkilərində
yuxarıda adı göstərilən siyasi partiya, siyasi
partiyaların bloku tərəfindən maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə təyin
olunmağıma razılıq verirəm.
Bildirirəm
ki, ___________________ ildə anadan olmuşam, ________
(doğum tarixi)
__________________________________________________
yaşayıram,
(yaşayış yerinin ünvanı)
_________________________
malikəm, __________________________
(şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən [əsas
iş və ya xidmət yeri,
sənədin
seriyası, nömrəsi və verilmə tarixi)
__________________________________
işləyirəm (fəaliyyət
göstərirəm).
tutduğu
vəzifə (bu olmadıqda – fəaliyyət növü)]
Mənimlə
__________________ nömrəli telefonla əlaqə
yaratmaq olar.
(telefon nömrəsi)
_____________ ________________________
(imza) (inisialı və soyadı)
“____”
____________ 20____ il
(ərizənin
verilmə tarixi)
_________
Qeyd:
1. Bu məktub siyasi partiyanın, siyasi partiyaların bloku
tərəfindən təyin edilmiş maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndələrin Mərkəzi
Seçki Komissiyasına göndərilməli olan
siyahısına əlavə edilir.
2.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
40.15-ci maddəsinin tələbinə uyğun olaraq
razılıq məktubuna maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndənin 3×4 sm
ölçüdə 2 ədəd rəngli fotoşəkli əlavə
edilməlidir.
Təlimata
6 saylı əlavə
V
Ə K A L Ə T N A M Ə
________________________________________________________
(siyasi partiyanın adı)
“______”
___________________ 20___ il tarixli
qurultayının (konfransının,
rəhbər
orqanının, iclasının) _____ saylı qərarına əsasən
______________
____________________________________________________
yaşayan,
(yaşayış
yerinin ünvanı)
__________________________________________________ malik olan
(şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən
sənədin
seriyası, nömrəsi və verilmə tarixi)
____________________________________________________________
(soyadı, adı, atasının adı)
_______________________ tarixə təyin
edilmiş Azərbaycan Respublikası
(seçkilərin
keçiriləcəyi tarix)
Prezidentinin seçkilərində həmin
siyasi partiyanın səlahiyyətli nümayəndəsi
qismində qanunvericiliklə nəzərdə tutulmuş
hüquq və vəzifələri yerinə yetirmək həvalə
edilmişdir.
_____________
_____________________________________
(imza) [siyasi partiya sədrinin (və ya nizamnamə ilə
buna
vəkil edilmiş digər şəxsin) soyadı, adı,
atasının adı]
Qeyd:
1. Vəkalətnamə Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada təsdiq olunmalıdır.
2. Səlahiyyətli
nümayəndənin səlahiyyət dairəsini həmin səlahiyyəti
verən şəxs müəyyən edir. Belə
olduqda, vəkalətnamədə bu hal öz əksini
tapmalıdır.
Təlimata
6a saylı əlavə
V
Ə K A L Ə T N A M Ə
________________________________________________________
(siyasi partiyanın adı)
“______”
___________________ 20___ il tarixli
qurultayının (konfransının,
rəhbər
orqanının, iclasının) _____ saylı qərarına əsasən
______________
____________________________________________________yaşayan,
(yaşayış
yerinin ünvanı)
__________________________________________________ malik olan
(şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən
sənədin
seriyası, nömrəsi və verilmə tarixi)
____________________________________________________________
(soyadı, adı, atasının adı)
_______________________ tarixə təyin
edilmiş Azərbaycan Respublikası
(seçkilərin
keçiriləcəyi tarix)
Prezidentinin seçkilərində həmin
siyasi partiyanın maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsi qismində qanunvericiliklə
nəzərdə tutulmuş hüquq və vəzifələri
yerinə yetirmək həvalə edilmişdir.
_____________
_____________________________________
(imza) [siyasi partiya sədrinin (və ya nizamnamə ilə
buna vəkil
edilmiş digər şəxsin) soyadı, adı,
atasının adı]
Qeyd:
1. Vəkalətnamə Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada təsdiq olunmalıdır.
2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndənin səlahiyyət
dairəsini həmin səlahiyyəti verən şəxs
müəyyən edir. Belə olduqda, vəkalətnamədə
bu hal öz əksini tapmalıdır.
Təlimata
6b saylı əlavə
V
Ə K A L Ə T N A M Ə
________________________siyasi
partiyalar bloku nümayəndələrinin
(siyasi partiyalar
blokunun adı)
iclasının
“____” ___________ 20____ il tarixli ____ saylı qərarına əsasən
____________________________________________________
yaşayan,
(yaşayış
yerinin ünvanı)
___________________________________________________ malik olan
(şəxsiyyət vəsiqəsinin və ya
onu əvəz edən
sənədin seriyası, nömrəsi və
verilmə tarixi)
____________________________________________________________
(soyadı, adı, atasının adı)
_______________________
tarixə təyin edilmiş Azərbaycan
Respublikası
(seçkilərin
keçiriləcəyi tarix)
Prezidentinin
seçkilərində həmin siyasi partiyalar blokunun adından səlahiyyətli
nümayəndə qismində qanunvericiliklə nəzərdə
tutulmuş hüquq və vəzifələri yerinə yetirmək
həvalə edilmişdir.
Siyasi
partiyalarin blokuna daxil olan partiyaların sədrləri:
1. ___________ _____________________________________
(imza) [siyasi
partiya sədrinin (və ya nizamnamə ilə
buna vəkil edilmiş digər şəxsin)
soyadı adı, atasının adı]
2. ___________ _____________________________________
(imza) [siyasi
partiya sədrinin (və ya nizamnamə ilə
buna vəkil edilmiş digər şəxsin)
soyadı adı, atasının adı]
3. ___________ _____________________________________
(imza) [siyasi
partiya sədrinin (və ya nizamnamə ilə
buna vəkil edilmiş digər şəxsin)
soyadı adı, atasının adı]
...
___________ _____________________________________
(imza) [siyasi
partiya sədrinin (və ya nizamnamə ilə
buna vəkil edilmiş digər şəxsin)
soyadı adı, atasının adı]
Qeyd:
1. Vəkalətnamə Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada təsdiq olunmalıdır.
2. Səlahiyyətli
nümayəndənin səlahiyyət dairəsini həmin səlahiyyəti
verən şəxs müəyyən edir. Belə
olduqda, vəkalətnamədə bu hal öz əksini
tapmalıdır.
Təlimata
6c saylı əlavə
V
Ə K A L Ə T N A M Ə
________________________siyasi
partiyalar bloku nümayəndələrinin
(siyasi partiyalar
blokunun adı)
iclasının
“____” ____________ 20____il tarixli ____ saylı qərarına əsasən
____________________________________________________
yaşayan,
(yaşayış
yerinin ünvanı)
___________________________________________________ malik olan
(şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən
sənədin
seriyası, nömrəsi və verilmə tarixi)
____________________________________________________________
(soyadı, adı, atasının adı)
_______________________
tarixə təyin edilmiş Azərbaycan Respublikası

__________
__________________________________________
(imza) (vəkalətnamənin
notariat qaydasında rəsmiləşdirilməsi
həvalə edilmiş nümayəndənin
soyadı adı, atasının adı)
Qeyd:
1. Vəkalətnamə notariat qaydasında təsdiq
olunmalıdır.
2. Səlahiyyətli
nümayəndənin səlahiyyət dairəsini həmin səlahiyyəti
verən şəxs müəyyən edir. Belə
olduqda, vəkalətnamədə bu hal öz əksini
tapmalıdır.
Təlimata
6ç saylı əlavə
V
Ə K A L Ə T N A M Ə
________________________siyasi
partiyalar bloku nümayəndələrinin
(siyasi partiyalar
blokunun adı)
iclasının
“____” ____________ 20____il tarixli ____ saylı qərarına əsasən
____________________________________________________
yaşayan,
(yaşayış yerinin
ünvanı)
___________________________________________________ malik olan
(şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən
sənədin
seriyası, nömrəsi və verilmə tarixi)
____________________________________________________________
(soyadı, adı, atasının adı)
_______________________
tarixə təyin edilmiş Azərbaycan Respublikası
(seçkilərin
keçiriləcəyi tarix)
Prezidentinin
seçkilərində həmin siyasi partiyalar blokunun adından maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə
qismində qanunvericiliklə nəzərdə tutulmuş
hüquq və vəzifələri yerinə yetirmək həvalə
edilmişdir.
__________ __________________________________________
(imza) (vəkalətnamənin
notariat qaydasında rəsmiləşdirilməsi
həvalə edilmiş nümayəndənin
soyadı adı, atasının adı)
Qeyd:
1. Vəkalətnamə notariat qaydasında təsdiq
olunmalıdır.
2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndənin səlahiyyət
dairəsini həmin səlahiyyəti verən şəxs
müəyyən edir. Belə olduqda, vəkalətnamədə
bu hal öz əksini tapmalıdır.
Təlimata
6d saylı əlavə
V
Ə K A L Ə T N A M Ə
________________________siyasi
partiyalar bloku nümayəndələrinin
(siyasi partiyalar
blokunun adı)
iclasının
“____” ___________ 20____ il tarixli ____ saylı qərarına əsasən
____________________________________________________
yaşayan,
(yaşayış
yerinin ünvanı)
___________________________________________________ malik olan
(şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən
sənədin seriyası, nömrəsi və
verilmə tarixi)
____________________________________________________________
(soyadı, adı, atasının adı)
_______________________
tarixə təyin edilmiş Azərbaycan
Respublikası
(seçkilərin
keçiriləcəyi tarix)
Prezidentinin
seçkilərində həmin siyasi partiyalar blokunun adından maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə
qismində qanunvericiliklə nəzərdə tutulmuş
hüquq və vəzifələri yerinə yetirmək həvalə
edilmişdir.
Siyasi
partiyalarin blokuna daxil olan partiyaların sədrləri:
1. ___________ _____________________________________
(imza) [siyasi
partiya sədrinin (və ya nizamnamə ilə
buna vəkil edilmiş digər şəxsin)
soyadı adı, atasının adı]
2. ___________ _____________________________________
(imza) [siyasi
partiya sədrinin (və ya nizamnamə ilə
buna vəkil edilmiş digər şəxsin)
soyadı adı, atasının adı]
3. ___________ _____________________________________
(imza) [siyasi
partiya sədrinin (və ya nizamnamə ilə
buna vəkil edilmiş digər şəxsin)
soyadı adı, atasının adı]
...
___________ _____________________________________
(imza) [siyasi
partiya sədrinin (və ya nizamnamə ilə
buna vəkil edilmiş digər şəxsin)
soyadı adı, atasının adı]
Qeyd:
1. Vəkalətnamə Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada təsdiq olunmalıdır.
2. Maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndənin səlahiyyət
dairəsini həmin səlahiyyəti verən şəxs
müəyyən edir. Belə olduqda, vəkalətnamədə
bu hal öz əksini tapmalıdır.
Təlimata
7 saylı əlavə
A R A
Y I Ş
“____”__________20___
il
Saat__________________
Verilir
_______________________________________ ondan ötrü ki,
(sənədləri təqdim edən şəxsin
soyadı, adı, atasının adı)
o, həqiqətən ___________________________ Azərbaycan Respublikası
(namizədin
soyadı, adı, atasının adı)
Prezidentinin
seçkilərində prezidentliyə namizədliyinin irəli
sürülməsinin təsdiq edilməsi üçün
aşağıdakı sənədləri Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim
etmişdir
1.
2.
3.
4.
5.
6.
(sənədi qəbul edən şəxsin vəzifəsi)
(imza)
(soyadı, adı, atasının adı
M.Y.
(sənədi təqdim edən şəxsin
statusu)
(imza)
(soyadı, adı, atasının adı)
Qeyd:
Sənədləri Mərkəzi Seçki Komissiyasına
siyasi partiyanın, siyasi partiyalar
blokunun səlahiyyətli nümayəndəsi təqdim
edə bilər.
Bu arayış 2 nüsxədən
ibarət tərtib edilməli, 1 nüsxəsi Mərkəzi
Seçki Komissiyasında qalmalı, digər nüsxəsi isə
sənədləri təqdim edən şəxsə verilməlidir.
Azərbaycan.
- 2013.- 1 avqust.- S. 6.