Abşeron rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Yetmiş min
nəfər əhalinin yaşadığı 5
yaşayış məntəqəsini birləşdirən
Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil
yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3,0 (üç)
milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 1 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 2 avqust.- S.1.