Kolumbiya Konqresinin
Nümayəndələr Komitəsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
və Xocalı soyqırımına dair qərar
qəbul etmişdir
Azərbaycan
Respublikasının Meksika Birləşmiş
Ştatlarındakı səfirliyindən verilmiş
məlumata əsasən, cari il iyulun 30-da Kolumbiya Respublikası Konqresinin
Nümayəndələr Palatasının Xarici
İşlər və Milli Müdafiə
Məsələləri üzrə II Komitəsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
və
Xocalı soyqırımına dair qərar
qəbul etmişdir.
Kolumbiya Konqresinin Nümayəndələr
Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən
irəli sürülən "Ermənistan-Azərbaycan
münaqişəsi" adlı qərar layihəsi
Palatanın II Komitəsində səsverməyə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, sənəddə Azərbaycanın
Dağlıq Qarabağ regionu
və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən
işğal olunması, bu
hərbi təcavüz nəticəsində Azərbaycan əhalisinə
qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin
öldürülməsi və əlil edilməsi, Azərbaycan
vətəndaşlarının hüquqlarının
pozulması, xüsusilə Xocalıda baş
vermiş soyqırımı aktı və
tərəflər arasında bərqərar edilmiş
atəşkəs rejiminin pozulması qətiyyətlə
pislənilmişdir.
Qərarda həmçinin
Azərbaycan və Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinə
hörmət prinsiplərini rəhbər tutaraq
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin
yerinə yetirilməsi barədə Ermənistan Respublikası hökumətinə
çağırış ifadə edilmişdir.
Bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsinə
dair Kolumbiya Konqresinin Nümayəndələr
Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən
Xarici İşlər və Milli Müdafiə Məsələləri
üzrə II Komitəsinin üzvləri üçün
hazırlanan altı səhifəlik icmalda
bu münaqişə, eləcə də Azərbaycan
torpaqlarının 20 faizinin Ermənistan tərəfindən
işğal edilməsi və bu işğalın regionda
sülhə və əmin-amanlığa təhdid olması, rəsmi
Yerevanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının
öz yurdlarından qaçqın və
məcburi köçkün
düşməsi barədə ətraflı məlumat verilmiş və pislənilmişdir.
İcmalda
münaqişənin tarixinə nəzər salınır və
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində
törətdikləri soyqırımının ağır nəticələri
barədə məlumat verilir. İcmalın
sonunda Hernan Penaqos Xiraldo Azərbaycanın
Dağlıq Qarabağ regionunun
və ətraf rayonlarının Ermənistan tərəfindən
işğalının xronologiyasını verir
və işğalın qarşısının
alınması və Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları
diqqətə çatdırır.
AzərTAc
Azərbaycan. - 2013.- 2 avqust.- S.1.