Azərbaycan «ITU Telecom World 2013» beynəlxalq sərgisinə
hazırlaşır
Bu il
noyabrın 18-21-də Banqkokda (Tailand) Beynəlxalq Telekommunikasiya
İttifaqının (ITU) "ITU Telecom World 2013" sərgisi keçiriləcək.
Hər il olduğu kimi, Azərbaycan tərəfi, o
cümlədən Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi sərgidə iştirakla bağlı hazırlıq işlərinə
başlayıb. Artıq 156 kvadratmetrlik ərazi
kirayələnib, dizayn işlərinə
başlanılıb. Sərgidə Azərbaycandan 50-yə
yaxın şirkətin iştirakı
planlaşdırılır. Hazırda şirkətlərdən
müvafiq məlumatlar toplanılır. Sentyabr ayınadək toplanacaq
məlumatlar və görülən hazırlıq işləri
əsasında yekun məruzə
hazırlanacaq.
Azərbaycan. - 2013.- 2 avqust.- S.1.