Prezident seçkiləri ilə bağlı ümumrespublika rəy sorğusu iştirakçılarının 81,2 faizi dövlət başçısı İlham Əliyevə səs verəcəklərini bildirmişdir

 

Prezident seçkiləri ilə bağlı ümumrespublika rəy sorğusu iştirakçılarının 81,2 faizi dövlət başçısı İlham Əliyevə səs verəcəklərini bildirmişdir.

Bu, "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi ümumrespublika ictimai rəy sorğusu zamanı məlum olmuşdur.

Məlum olduğu kimi, seçki marafonunun rəsmən elan edilməsinə az qalmışdır. Tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin qeydiyyatına başlayacaqdır.

Bəs vətəndaşlar seçkiyə hansı əhvalla gedir, onlar necə köklənib, kimə üstünlük verirlər? Bu və digər suallara "Rəy" Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ümumrespublika ictimai rəy sorğusu zamanı cavab verilmişdir.

"Bu namizədlərdən hansına səs verərdiniz?" sualına cavabda respondentlərin 81,2 faizi İlham Əliyevin, 3 faizdən az hissəsi isə digər namizədlərin adlarını çəkmişdir.

Hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy sorğusunun materialları əsasında hazırlanmışdır. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilmişdir. Tədqiqatın nisbi xətası 3 faiz təşkil edir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 1.