Seçki hüququ
üzrə ixtisaslaşdırılmış kursların
iştirakçıları Bakının rayonlarının
dairə seçki komissiyalarında təcrübə
mübadiləsi aparmışlar
Avqustun 1-də Mərkəzi
Seçki Komissiyası (MSK) tərəfindən
dairə seçki komissiyalarının sədrləri
üçün təşkil edilmiş seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların
iştirakçıları Bakı rayonlarının dairə
seçki komissiyalarında təcrübə
mübadiləsi aparmışlar.
AzərTAc xəbər verir ki, kurs
iştirakçılarının bir qrupu 26 saylı Sabunçu
birinci seçki dairəsinin
dairə seçki komissiyasında olmuşdur. Kurs
iştirakçılarını salamlayan
dairə seçki komissiyasının sədri
Hacı Əliyev onlara təmsil etdiyi seçki
komissiyası haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir
ki, əhalisi 231 min nəfər
olan Sabunçu rayonunda 3 seçki dairəsinin
əhatə etdiyi ərazidə 93 seçki məntəqəsi vardır.
Hazırda bu dairə üzrə 141 min 95 seçici qeydiyyata alınmışdır. Dairə seçki komissiyasında və məntəqələrdə
prezident seçkilərinə ciddi
hazırlıq işləri aparılır. Seçkilər
tam azad, şəffaf
və demokratik şəraitdə
keçiriləcəkdir.
MSK-nın üzvü
Şaitdin Əliyev seçki
hüququ üzrə
ixtisaslaşdırılmış kursların və təcrübə
mübadiləsinin əhəmiyyətindən
danışmışdır. Bildirmişdir
ki, Prezident İlham Əliyevin müvafiq
sərəncamlarına uyğun olaraq keçirilən kurslar
bu sahədə görülən
genişmiqyaslı işlərin tərkib hissəsidir.
Prezident seçkilərinin
hər bir ölkənin ictimai-siyasi
həyatında mühüm hadisə olduğunu vurğulayan MSK
katibliyinin hüquq
şöbəsinin müdiri İradə
Hacıyeva demişdir ki,
seçkilərin demokratik, azad keçirilməsi ölkəmizdə normal seçki şəraitinin
yaradılmasından asılıdır. Seçkilərin azad və şəffaf keçirilməsi həmin
cəmiyyətdə yüksək demokratik
mühitin formalaşmasından xəbər
verir.
Kurs
iştirakçılarının bir qrupu isə 25 saylı Nizami
ikinci seçki dairəsinin
dairə seçki komissiyasında olmuşdur.
MSK-nın üzvü
Etibar Quliyev
çıxış edərək dairə seçki
komissiyalarının sədrləri üçün
təşkil edilmiş kursların əhəmiyyətini
vurğulamışdır. Bildirilmişdir ki, kurslar Prezident İlham
Əliyevin "Azərbaycan Respublikasında insan
hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq
edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan
Respublikasında insan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli
sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.
Dairə seçki
komissiyasının sədri Heydər Vəliyev kurs iştirakçılarına təmsil etdiyi komissiyanın fəaliyyəti barədə
ətraflı məlumat vermişdir. Diqqətə
çatdırmışdır ki, bu dairə üzrə 32 seçki
məntəqəsi fəaliyyət göstərir və 42 min 528 seçici siyahıya alınmışdır.
Artıq 10 seçki məntəqəsində
veb-kameralar
quraşdırılmışdır. Dairə üzrə
yaradılan qaynar xətt vasitəsilə
hər bir vətəndaş adının
seçici siyahısında olduğunu dəqiqləşdirə bilər.
H.Vəliyev
vurğulamışdır ki, dairə seçki komissiyası və məntəqələr
prezident seçkilərinə tam hazırdır və builki
seçkilər də tam azad,
şəffaf və demokratik şəraitdə
keçiriləcəkdir.
Təcrübə
mübadiləsinin iştirakçılarının bir qrupu 12 saylı
Qaradağ-Binəqədi-Yasamal seçki
dairəsinin dairə seçki komissiyasında
olmuşdur.
Dairə seçki
komissiyasının sədri Qəşəm Əhədzadə
təmsil etdiyi dairə haqqında ətraflı
məlumat vermişdir. Bildirmişdir
ki, 40 min 127 seçicisi olan dairənin
ərazisində 30 daimi seçki
məntəqəsi fəaliyyət göstərir. Dairə seçki komissiyası və məntəqə
seçki komissiyalarında növbəti prezident seçkilərinə hazırlıqla
əlaqədar müəyyən texniki
işlər görülür.
Digər
çıxış edənlər də respublikamızda həyata
keçirilən uğurlu siyasət nəticəsində
demokratik seçkilərin keçirilməsi
üçün zəruri ictimai-siyasi
sabitliyin bərqərar olduğunu,
beynəlxalq təcrübəyə söykənən mütərəqqi
hüquqi baza
yaradıldığını diqqətə
çatdırmışlar. Qeyd edilmişdir ki, dövlət
başçısının siyasi iradəsi,
diqqəti və qayğısı nəticəsində ölkəmizdə
demokratik seçki təcrübəsi
ildən-ilə mükəmməlləşdirilir.
Seçki hüququ
üzrə ixtisaslaşdırılmış kursların
iştirakçılarının bir qrupu 31 saylı Suraxanı ikinci
seçki dairəsinin dairə seçki komissiyasında olmuşdur.
Əvvəlcə tədbir
iştirakçıları "Atəşgah məbədi"
Dövlət Tarix-Memarlıq Qoruğu ilə
tanış olmuşlar.
Dairə seçki
komissiyasının sədri İlham Bayramov kurs
iştirakçılarına təmsil etdiyi
komissiyanın fəaliyyəti barədə məlumat vermişdir. O, seçici hüququ üzrə ixtisaslaşmış
kursların və təcrübə mübadiləsinin əhəmiyyətindən
danışmış, belə kursların ənənəvi olaraq keçirilməsinin vacibliyini
vurğulamışdır. Seçki dairəsində
27 seçki məntəqəsi vardır.
Seçici siyahıları mütəmadi
olaraq dəqiqləşdirilir və
hazırda bu dairə üzrə 38 min seçici qeydiyyata alınmışdır. MSK dairə seçki komissiyasına müntəzəm olaraq hüquqi, texniki, metodiki və təşkilati
kömək göstərir.
Diqqətə
çatdırılmışdır ki,
dairə üzrə yaradılan qaynar xətt
vasitəsilə hər bir vətəndaş
adının seçici siyahısında olduğunu dəqiqləşdirə bilər.
Bakının
rayonlarının dairə seçki
komissiyalarında təcrübə mübadiləsi aparan kurs
iştirakçıları müvafiq dairə
seçki komissiyalarının inzibati binaları, oradakı iş
şəraiti ilə tanış olmuş,
rəy və təkliflərini bildirmişlər. Təmsil
etdikləri dairə seçki
komissiyalarının fəaliyyətlərindən
danışan sədrlər qarşılıqlı fikir mübadiləsi aparmış və təcrübələrini
bölüşmüşlər.
Azərbaycan. - 2013.- 2 avqust.- S. 2.