YAP Gəncə şəhər
təşkilatının VIII konfransı keçirilmişdir
Yeni Azərbaycan Partiyası
(YAP) Gəncə şəhər təşkilatının
VIII konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Yeni Azərbaycan
Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov,
şəhər icra hakimiyyətinin
başçısı Elmar Vəliyev, YAP
İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri Eldar İbrahimov,
YAP şəhər təşkilatının fəalları
iştirak etmişlər.
Konfrans
iştirakçıları əvvəlcə ulu
öndər Heydər Əliyevin Gəncə şəhərində
ucaldılmış abidəsini ziyarət etmiş,
önünə gül dəstələri
düzmüşlər.
Tədbirdə
çıxış edən YAP-ın sədr müavini-icra
katibi Əli Əhmədov demişdir
ki, bu gün
ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində də
ulu öndər Heydər Əliyevin siyasi kursunu yaşadan Yeni Azərbaycan
Partiyasına əhalinin inamı olduqca böyükdür. Ölkəmizdə yeni iş yerlərinin
yaradılması, əhalinin həyat şəraitinin
yaxşılaşdırılması bölgələrdə
də əhalinin ölkənin əsas siyasi
qüvvəsi olan YAP ətrafında
sıx birləşməsinə zəmin
yaratmışdır.
Bildirilmişdir ki,
qarşıdan gələn prezident
seçkilərində partiyanın Gəncə şəhər
təşkilatının malik olduğu əzəmətli resurs
səmərəli şəkildə istifadə ediləcəkdir.
Gəncəlilərin əhvali-ruhiyyəsi, ovqatı
qarşıdan gələn prezident
seçkiləri kampaniyasının kifayət qədər səmərəli
keçirilməsi üçün ciddi əsaslar yaradır. Gəncədə
gördüklərimiz, bu qədim şəhərin
simasının dəyişməsi, müasirləşməsi,
yeniləşməsi Prezident İlham Əliyevin həyata keçirdiyi
Azərbaycanın bütövlüyü,
müasirləşməsi, yenilənməsi
strategiyasının bu gözəl
diyarın timsalında özünün bariz ifadəsini
bilavasitə göstərir. Bu, insanların
ovqatının formalaşmasına təsir göstərir.
Buradakı yenidənqurma, şəhərin simasının
gündən-günə dəyişməsi hər şeydən
əvvəl bir şəhər olaraq Gəncənin həyatında yeni bir başlanğıc
deməkdir. Bu, Gəncədə
insanların yaşaması üçün
daha rahat şəraitin
yaradılması deməkdir.
Konfransda şəhər
icra hakimiyyətinin
başçısı Elmar Vəliyev
çıxış edərək bildirmişdir
ki, Gəncədə görkəmli siyasi xadim Heydər
Əliyevin yaratdığı partiyaya və
bu gün onun siyasi kursunu
layiqincə davam etdirən Prezident
İlham Əliyevə xalqın böyük inamı və məhəbbəti
vardır.
Qeyd olunmuşdur ki, xalqın iqtidar partiyasına olan
inamı getdikcə daha da
möhkəmlənir. Əgər 2007-ci ildə YAP Gəncə
şəhər təşkilatının sıralarında 21 min 201 nəfər var idisə,
bu gün bu rəqəm 26 min 780 nəfər
təşkil edir. Ümumilikdə, bu
şəhərdən partiyanın sıralarında
olanların 58 faizi qadınlar, 55 faizini isə gənclərdir.
Çıxışlardan
sonra təşkilati məsələlər
müzakirə edilmişdir. Naqif Həmzəyev YAP Gəncə şəhər
təşkilatının sədri seçilmişdir.
Konfransda həmçinin təşkilatın
şura və idarə heyətinin tərkibi
müəyyənləşmişdir.
Azərbaycan. - 2013.- 2 avqust.- S. 2.