Hakimliyə namizədlərin
seçkiləri yerli və beynəlxalq
müşahidəçilərin iştirakı ilə keçirilir
"Azərbaycanda hakimliyə
namizədlərin seçkiləri yerli və
beynəlxalq müşahidəçilərin iştirakı
ilə keçirilir".
Bu sözləri Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev avqustun
1-də jurnalistlərə müsahibəsində demişdir.
İman Nağıyev bildirmişdir ki, hakimliyə
namizədlərin seçilməsi ilə bağlı
keçirilən bütün imtahanlarda müşahidəçilər iştirak edirlər.
Sədr
vurğulamışdır ki, seçkilər
Avropa Şurasının ekspertləri tərəfindən
müəyyən olunmuş qaydada həyata keçirilir.
İmtahan komissiyasının üzvü bu qaydalara uyğun olaraq, namizədin cavablarını qiymətləndirərək
öz balını verir.
Hazırda hakimliyə 75
namizədin imtahanın son mərhələsinə
qədəm qoyduğunu diqqətə
çatdıran İman Nağıyev demişdir: "Onlar Məhkəmə-Hüquq
Şurasında söhbətdən keçəcəklər. Daha sonra namizədlərin
hakim vəzifəsinə təyin
olunması üçün dövlət
başçısına təqdimat veriləcəkdir".
Ölkə
üzrə apelyasiya məhkəmə
instansiyalarının hakimlərinin sayının
artırılması prosesinin davam etdiyini deyən sədr
vurğulamışdır ki, hazırda
Bakı Apelyasiya Məhkəməsində
hakimlərin sayı 48 nəfərdən 53-ə
çatdırılmışdır.
Azərbaycan. - 2013.- 2 avqust.- S. 2.