Erməni silahlı birləşmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edirlər

 

Ermənistan ordusunun bölmələri iyulun 31-də və avqustun 1-də gecə Ermənistanın Noyemberyan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Şuraabad, Şirvanlı, Cəvahirli, Goranboy rayonunun Gülüstan, Tap Qaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Cəbrayıl, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.

Düşmən cavab atəşi ilə susdurulmuşdur.

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 4.