Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

 

XXI əsr informasiya-kommunikasiya texnologiyaları əsridir. Müasir texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olmaqdadır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ölkəmizdə bu sahənin inkişafına yeni təkan vermişdir. İKT ili çərçivəsində həyata keçirilən tədbirlər, əldə olunan uğurlar perspektivlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim ƏLİQULİYEV AzərTAc-ın müxbirinə müsahibə vermişdir. Müsahibəni təqdim edirik.

- Rasim müəllim, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun Azərbaycan iqtisadiyyatının innovasiya yönümlülüyünün artırılmasında indiki gələcək rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan bu gün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu hədəfə çatmaq üçün "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyası qəbul olunmuşdur. Bu konsepsiyada elmi potensialın innovasiya fəaliyyətinin dəstəklənməsinə xüsusi yer ayrılmışdır. Hesab edirəm ki, bu sənəddə ölkə iqtisadiyyatının innovativliyinin artırılmasında informasiya-kommunikasiya texnologiyalarının rolu konseptual əsasda öz əksini tapmışdır.

- Azərbaycan ilk telekommunikasiya peykini məhz "İnformasiya-kommunikasiya texnologiyaları ili"ndə orbitə çıxarmağa nail oldu. Bu hadisənin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

- Ölkəmizin telekommunikasiya peykinə malik olması çox əlamətdar hadisədir. Bu, tarixi bir nailiyyətdir. Bizim peykimiz Azərbaycanla yanaşı, Şərqi Avropa, Şimali Amerika, Mərkəzi Asiya digər region ölkələrini əhatə edir. Bu da o deməkdir ki, olduqca böyük bir arealda insanların telekommunikasiyaya tələbatını həmin peyk vasitəsilə ödəmək mümkün olacaq.

Qeyd edim ki, Azərbaycan bu gün dünyada öz süni peyki olan azsaylı dövlətlərdən biridir. Peykin orbitə çıxarılması ilə bərabər, ölkəmizdə yerüstü idarəetmə mərkəzləri tikilmişdir. Bunlar mürəkkəb proseslərdir, yüksək elmi tutumlu məsələlərdir. Ötən beş il ərzində ölkə Prezidentinin rəhbərliyi ilə Rabitə İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən nəhəng işlər görülmüşdür. Bu, nəticəsi göz qabağında olan işlərdir. Tam cəsarətlə demək olar ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır.

- İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda İKT-nin əsas problemlərinin tədqiqi tədrisi istiqamətində hansı işləri görür?

- Bu gün informasiya texnologiyaları Azərbaycanın, bütövlükdə, dünya elminin prioritet istiqamətlərindən biridir. Azərbaycanın elmi fəaliyyətlə bağlı dövlət siyasətində informasiya texnologiyalarının tətbiqi xüsusi yer tutur. O cümlədən bununla bağlı kadrlar hazırlığı da az əhəmiyyət daşımır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında İKT sahəsində yüksək ixtisaslı mütəxəssislərin elmi kadrların hazırlanması prioritet vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.

İnformasiya texnologiyaları sahəsində aparıcı elmi təşkilat kimi bizim institutun üzərinə xüsusi missiya düşür. İnstitutumuzun əsas vəzifələri informasiya texnologiyaları sahəsində dövlət siyasətinə, ölkəmizdə həyata keçirilən informasiya cəmiyyəti quruculuğu ilə bağlı dövlət proqramlarına elmi dəstək vermək, informasiya texnologiyaları sahəsində aktuallıq kəsb edən istiqamətlərdə tədqiqatlar aparmaq, müvafiq elmi kadrlar yetişdirməkdir. Bu istiqamətlər üzrə intellektual analiz, biometrik linqvistik informasiya texnologiyaları, sosial şəbəkələrin analizi, şəbəkə monitorinqi, sensor şəbəkələri, intellektual informasiya sistemləri   digər aktual elmi problemlərlə bağlı tədqiqatlar aparılır. Qeyd edilən istiqamətlərdə institutumuzun əməkdaşları tərəfindən bir sıra mühüm nəticələr əldə edilərək nüfuzlu xarici elmi jurnallarda dərc olunur. İnstitutumuzda aparılan elmi tədqiqatlar dövlət siyasətinin uğurla həyata keçirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, təhlükəsizliyinin təmin edilməsi, sosial-iqtisadi inkişaf üçün mühüm praktiki əhəmiyyətə malikdir.

- Həyatımıza "Elektron hökumət", "Elektron dövlət" kimi məfhumlar da daxil olmuşdur. Elektron xidmətlərin tətbiqi indiki mərhələdə dərəcədə qənaətbəxşdir?

- Azərbaycanda artıq insanların şəxsi həyatından tutmuş müxtəlif dövlət qurumlarının fəaliyyətinə qədər informasiya texnologiyaları geniş tətbiq olunur. Ölkənin şəbəkələşməsi, vətəndaşların təşkilatların bir-biri ilə onlayn əlaqələr yaratması, elektron imza texnologiyasının tətbiq olunması elektron dövlətin əlamətləridir.

Elektron dövlət yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürü olaraq get-gedə dərinləşir, yeni texnologiyalar meydana çıxır, informasiya resurslarının sayı da, həcmi artmaqda davam edir. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından yararlanırlar. Mobil telefon kimi, artıq onlar özlərini bu texnologiyalarsız təsəvvür edə bilmirlər. Yəni, bu o deməkdir ki, bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayırlar.

Azərbaycanda bu tam qənaətbəxşdir. Elektron dövlət quruculuğu müvafiq proqrama uyğun olaraq çox uğurla həyata keçirilir yüksək templə davam etdirilir.

- Müasir dövrdə ölkənin informasiya təhlükəsizliyi mühüm əhəmiyyətə malik məsələdir. Bu istiqamətdə kimi tədbirlər həyata keçirilir?

- İnformasiya təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün dövlət səviyyəsində məqsədyönlü işlər aparılır. Bu baxımdan Azərbaycan Prezidentinin "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" 2012-ci il 26 sentyabr tarixli fərmanı çox mühüm əhəmiyyətə malikdir. Həmin fərmana uyğun olaraq informasiya resurslarının mühafizəsi, vətəndaşların informasiyalara sərbəst çıxışının təmin edilməsi istiqamətində real nəticəsi olan işlər görülür. Bu yaxınlarda Rabitə İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "İnformasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktik konfransı" keçirilmişdir. Konfransda informasiya təhlükəsizliyinin texnoloji humanitar problemlərinə həsr olunmuş onlarla məruzə dinlənilmişdir. Onların hər biri elmi aktuallıq kəsb etməklə, ölkəmizin informasiya təhlükəsizliyi üçün mühüm praktiki əhəmiyyət daşıyır.

- "İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə bağlı rəhbərlik etdiyiniz institut daha hansı tədbirlərin həyata keçirilməsini planlaşdırır?

- "İKT ili" ilə bağlı tədbirlər planında AMEA-nın elmi təşkilatlarının qarşısına mühüm vəzifələr qoyulmuşdur. Həmin tədbirlər ölkəmizdə informasiya cəmiyyəti quruculuğu, elektron dövlətin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Mühüm tədbirlərdən biri

AzScienceNet Elm kompyuter şəbəkəsinin ölkə üzrə infrastrukturunun inkişaf etdirilməsidir. Bu tədbirlər çərçivəsində elmi fəaliyyətlə məşğul olan müəssisə təşkilatların informasiya-kommunikasiya infrastrukturu genişləndiriləcək, yüksək sürətli internet şəbəkəsi ilə elmi-texniki informasiya hesablama resurslarına çıxışı təmin olunacaq. Özü bu, təkcə AMEA institutlarını deyil, ümumiyyətlə, respublikanın əsas elmi qurumlarının fəaliyyətini əhatə edəcək.

Digər bir mühüm istiqamət elmi qurumların ali təhsil müəssisələrinin Tomson, Springer, Elsevier digər bu kimi beynəlxalq elmi bazalara çıxış imkanının yaradılmasıdır. Bundan məqsəd elmi tədqiqatlara dəstək vermək, tədqiqatçıların mötəbər elmi mənbələrindən istifadə etmələrinə, araşdırmalarının keyfiyyətinin yüksəldilməsinə şərait yaratmaq, təlim seminarları keçməkdir. Artıq bununla bağlı tədbirlərə start verilmişdir. Bunlardan başqa, "İKT ili" çərçivəsində institutumuza  bir sıra təhsil maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi həvalə edilmişdir. Həmin tədbirlərə İKT üzrə kadr hazırlığı səviyyəsinin artırılması üzrə təkliflərin hazırlanması, təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi, ölkənin regionlarında İKT üzrə bilik bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının seminarların keçirilməsi, distant təhsilin inkişaf etdirilməsi daxildir.

Hazırda Azərbaycanın İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin yaradılması, uşaqlar üçün "Təhlükəsiz internet" layihəsinin reallaşdırılması, Vikipedia kimi qlobal informasiya resurslarında Azərbaycan haqqında məlumat bazasının inkişaf etdirilməsi üzərində aparılır.

- Müsahibə üçün sağ olun.

 

Sevda CƏFƏROVA,

AzərTAc-ın müxbiri

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 6.