Ermənistan daha
böyük problemlərlə üzləşir
Ağır
sosial-iqtisadi durum bu ölkədə baş
verən cinayətlərin də sayını artırır
Ermənistanda ağır sosial-iqtisadi durum bu ölkədə həm də kriminal ünsürlərin sayının
artmasına, cinayətlərin
çoxalmasına rəvac
verməkdədir. Digər tərəfdən,
ailələrini dolandıra bilməyənlər ya çıxıb xaricə gedir,
ya da ailələrindən
imtina edirlər. Bu xüsusda "Joxovurd"
qəzeti Arutil Arzumanyan
adlı şəxsin timsalında olduqca dəhşətli
bir vəziyyətin
yarandığını yazır.
Qeyd olunur
ki, Ermənistanda psixi
xəstələrin sayı günbəgün artır: "Onlardan biri olan Arutil
Arzumanyan küçədə əlində
bıçaqla gəzərək bir
neçə saat ərzində gəlib-keçənləri
hədələyib. Ancaq ərzaq
mağazasının satıcısına bir
neçə bıçaq zərbəsi vurandan
sonra Yerevan polisi tərəfindən saxlanılıb. Müəyyən edilib
ki, bu vətəndaşın
ciddi psixi problemi olub və buna görə də təcili olaraq
psixi xəstəxanaya
çatdırılıb. Bu, psixi problemi
olanların ətrafdakılara təhlükə törətməsi
ilə bağlı ilk və son hal deyil.
İşsizlik, pul
çatışmazlığı, elektrik,
qaz, nəqliyyat tariflərinin qalxması,
eləcə də tələbat məhsullarının qiymətinin
kəskin artması ruhi xəstələrin
sayını artırır. Ermənistandakı mövcud hakimiyyət isə öz
vətəndaşlarını və ruhi
xəstələrini taleyin hökmünə
buraxır".
Maraqlıdır ki, iş dalınca xaricə
üz tutan ermənilər
arasında da cinayətkarlıq halları
artıb. Hətta bu günlərdə Rusiya 9 nəfər Ermənistan vətəndaşı
barəsində beynəlxalq axtarış elan
edib. Məlumata görə,
Rusiyanın hüquq-mühafizə və məhkəmə
orqanları tərəfindən axtarılan ermənilər qanunsuz silah gəzdirmə
və xüsusi amansızlıqla adam öldürmə, sağlamlığa
ağır zərərvurma, xuliqanlıq, oğurluq
və saxtakarlıq kimi cinayətlərdə
təqsirli bilinirlər. Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ da
6 nəfər Ermənistan vətəndaşı barəsində
beynəlxalq axtarış elan edib.
Ermənistanın öz daxilində isə sosial-iqtisadi
durum getdikcə pisləşir. Yeri gəlmişkən qeyd
edək ki, ağır sosial-iqtisadi
vəziyyətə görə ölkədə etiraz aksiyaları ara vermir. Xüsusən də ictimai
nəqliyyatda gediş haqqı tariflərinin
artırılması ilə bağlı yaşanan
narazılıq hələ də səngimir. Belə
ki, ictimai nəqliyyatda
gediş haqqı tariflərinin
artırılmasına etiraz edən fəallar
Yerevan meriyasının nəqliyyat idarəsi
rəisinin və "Yerevantrans" direktorunun vəzifədən azad
edilməsi tələbi ilə paytaxt
küçələrində vərəqələr
paylayırlar. Bununla yanaşı, Yerevan meriyasının binası
qarşısında adıçəkilən şəxslərin
vəzifədən azad edilməsi tələbi
ilə oturaq tətil davam
edir.
Son araşdırmalar bir daha göstərir ki, əvvəlki kimi Ermənistandan
miqrasiya xeyli artıb.
Belə ki, cari il ərzində təkcə hava
yolu ilə ölkəni 40 minə qədər insan tərk edib. Ölkənin Mülki
Aviasiya Baş İdarəsinin
ilin birinci yarısının yekunlarına dair açıqladığı hesabat belə deməyə əsas verir. Hesabatda deyilir: "Qeyd edilən dövr ərzində "Zvartnos"
aeroportundan 363099 nəfər getdiyi halda, 330484 nəfər
gəlib. "Şirnak" aeroportunda bu rəqəm müvafiq olaraq, 19693 və
12339 nəfərdir". Məlumata görə, bu, yalnız hava yolu ilə bağlı statistikadır, halbuki bir çox
insanlar avtobusların köməyilə miqrasiya edirlər. O da bildirilir ki, ölkə
hakimiyyəti istənilən yolla bu qanqaraldıcı statistikanın nəşrini
təxirə salmağa
çalışır.
Ölkədə az sayda qalan
müəssisələr isə sürətlə iflas edir. Hətta ən böyük şirkətlərdən olan Ermənistanın "Armavia"
aviaşirkəti öz təyyarələrini
satmağa başlayıb. Xatırladaq ki, Ermənistanın "Armavia"
şirkəti aprelin 1-dən iflas olduğunu bəyan edib və bütün
istiqamətlərdə uçuşları dayandırıb.
Digər sahələrdə də gərgin vəziyyət
yaranıb.
Xatırladaq
ki, baş verənləri
şərh edərkən erməni ekspert Qranuş Haratyan belə bir maraqlı fikir səsləndirmişdi
ki, qazın, elektrik enerjisinin, nəqliyyatın və digər zəruri
malların qiymətlərinin artması onsuz
da yoxsulluq vəziyyətində
yaşayan Ermənistan əhalisinin güzəranını
daha da
ağırlaşdıracaq. Onun sözlərinə
görə, belə şəraitdə təbii resursları,
xüsusilə də meşələri qorumaq
mümkün olmayacaq.
Çünki su isitmək,
yemək hazırlamaq, çay qaynatmaq üçün
hamı odundan istifadə edəcək.
Əhali qazdan odun
yanacağına keçəcək.
Hətta o
da məlumdur ki, Suriyada davam edən vətəndaş
müharibəsindən qaçaraq Ermənistana
sığınan erməni əsilli ailələr bu ölkənin Suriya ilə
müqayisədə daha acınacaqlı şəraitdə olduğunu bildirirlər. Gümrü
şəhərində məskunlaşmış Ovsepyan ailəsi də bu
ölkəyə sığınmaqlarından peşman
olduğunu bildirib. Ailənin
üzvü Astxik Ovsepyan burada gördüyü vəziyyəti
qızğın müharibə şəraitində olan Suriya ilə müqayisə
edərək deyib ki, burada iş tapmaq nəinki çətindir, ümumiyyətlə,
mümkün deyil. Hətta
qızğın müharibə şəraitində olan Suriyadakı əhalinin vəziyyəti buradan qat-qat yaxşıdır.
Əslində, bunu sadə ermənilər
də etiraf edir və
vəziyyətin getdikcə pisləşdiyini bildirirlər.
Elçin CƏFƏROV
Azərbaycan. - 2013.- 2 avqust.- S. 6.