Səbail rayonu
məktəblilərinin yay istirahəti mənalı
keçəcək
Yeniyetmə və gənclərin
asudə vaxtlarının, onların istirahətinin səmərəli
təşkili hər zaman Səbail Rayon İcra Hakimiyyətinin
diqqət mərkəzində saxlanılır. Bu
istiqamətdə həyata keçirilən işlərdən
biri rayonun aztəminatlı
ailələrindən olan yeniyetmələr
üçün Quba rayonuda "Şahinlər" hərbi vətənpərvərlik
təmayüllü yay istirahət
düşərgəsinin yaradılmasıdır. Düşərgədə
uşaqlar üçün
hər cür şəraitin
yaradılması və istirahətin ödənişsiz
olması valideynlər tərəfindən razılıqla
qarşılanmışdır.
Ümumiyyətlə,
Səbail rayonunda gənc nəslin Vətənə
məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət
ruhunda tərbiyə olunması və layiqli vətəndaş kimi
yetişməsi istiqamətində aparılan işlərə
diqqət xeyli
artırılmışdır. Şagirdlərin builki yay istirahətinin səmərəli
təşkili ilə bağlı avqust
ayında Daxili İşlər Nazirliyinin Daxili
Qoşunları, "Çağ Öyrətim
İşlətmələri" və "Azercell"
şirkətlərinin birgə layihəsinə əsasən rayonun Qarabağ müharibəsi
veteranları və əlillərinin, aztəminatlı ailələrin
övladları, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində və müxtəlif
uşaq evlərində tərbiyə alan 200 nəfər uşaq
Quba şəhərinin mənzərəli
guşəsində yerləşən hərbi vətənpərvərlik
təmayüllü "Şahinlər" yay
istirahət düşərgəsinə yola
salınmışdır.
Düşərgənin
hərbi vətənpərvərlik təmayüllü
olması nəzərə alınaraq RİH tərəfindən
əvvəlcədən bir sıra təşkilati
işlər görülmüş, uşaqlar üçün
xüsusi geyim və forma, lazımi idman ləvazimatları
alınmış, Daxili Qoşunların Quba
şəhərindəki "N" saylı hərbi
hissəsi tərəfindən düşərgənin həyətində
hərbi səhra çadırları, Milli
Qəhrəman Mübariz İbrahimova
və "Şahinlər" düşərgəsinin fəaliyyətinə
həsr olunmuş stendlər
quraşdırılmışdır. Daxili
Qoşunlar və Bakı Türk
Liseyinin Quba filialı
tərəfindən bura tələb olunan bütün ləvazimatlarla
təmin olunmuşdur.
Düşərgədə
uşaqların istirahətinin daha da maraqlı və yaddaqalan
edilməsi üçün məşğələləri
rayonun orta məktəblərində
çalışan idman və ibtidai-hərbi
hazırlıq müəllimləri ilə yanaşı, Daxili Qoşunlar tərəfindən
düşərgəyə təhkim olunmuş
zabit və çavuşlar
keçəcəklər.
Dünən
keçirilən yolasalma mərasimində
çıxış edən Səbail Rayon
İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov Prezident İlham
Əliyevin yeniyetmə və gənclərin sağlam
böyüməsi, gənc nəslin Vətənə məhəbbət,
Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində
görülən işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan
danışmış, onlara şən
istrahət arzulamışdır. Bildirilmişdir
ki, düşərgənin fəaliyyəti
Səbail RİH-in və rayonun
digər təşkilatçıların daim
diqqət mərkəzində olacaqdır.
Yola düşməzdən əvvəl
gənc "Şahinlər" ulu öndər
Heydər Əliyevin abidəsini ziyarət edərək
önünə çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla
yad etmişlər.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan. - 2013.- 2 avqust.- S. 7.