Ağdamda yeni arxeoloji materiallar aşkar edilmişdir

 

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda arxeoloji qazıntılar davam etdirilir.

AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov AzərTAc-a bildirmişdir ki, tədqiqatlar zamanı "Palıdlı" nekropolunda eramızdan əvvəl XII-XI əsrlərə aid daha üç skelet aşkar edilmişdir. Heç bir yerüstü əlamətə malik olmayan qəbirlərdə ölülər sol yanı üstə bükülü vəziyyətdə dəfn olunmuşdur. Maraqlıdır ki, skeletlərin ikisi üst-üstədir. Bu cür dəfnə ilk dəfədir rast gəlinir. Skeletlərin ətrafında çoxlu sayda müxtəlif tip keramika nümunələri - küpə, nehrə, badya, camlar, iki dəmir xəncər, həmçinin bəzək əşyaları (qolbaqlar, sırğa, üzük muncuqlar) aşkar edilmişdir.

Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son Tuncilk Dəmir dövrlərində davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, o cümlədən dulusçuluğun, metallurgiyanın inkişafını təsdiqləyir.

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 7.