Mənsum İBRAHİMOV: «Qəbələ
Beynəlxalq Musiqi Festivalından zövq almamaq mümkün deyildir»
"Qəbələ Beynəlxalq
Musiqi Festivalından zövq
almamaq mümkün deyildir. Çünki bu möhtəşəm incəsənət
bayramı ildən-ilə daha da təkmilləşmiş və ötən
5 il ərzində dünyada
kifayət qədər tanınmışdır.
Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın təşəbbüsü, diqqət
və qayğısı nəticəsində keçirilən
bu möhtəşəm festival
çərçivəsində bizim
muğamlarımızın tanıdılması üçün də geniş
imkanlar yaradılmışdır".
Bu sözləri Heydər
Əliyev Fondunun təşkilatçılığı
ilə uğurla davam
edən V Qəbələ Beynəlxalq Musiqi
Festivalının iştirakçısı, görkəmli
xanəndə, xalq artisti
Mənsum İbrahimov AzərTAc-a
müsahibəsində demişdir.
Mənsum İbrahimov
yerli və xarici
qonaqların iştirakı ilə keçirilən bu konsert axşamında muğam və xalq
mahnılarını təqdim etdiyini bildirmişdir. Qeyd etmişdir ki, biz həm öz
tamaşaçılarımıza, həm də xaricdən gələn
qonaqlara Azərbaycan muğamının hər
zaman zənginliyi ilə insanları heyrətləndirdiyini
göstərə bildik.
Tamaşaçılar bir daha
Azərbaycan muğamlarının dünyada
özünəməxsusluğu ilə seçilməsinin şahidi oldular. Muğam axşamında
gənc və istedadlı xanəndələr Aytən Məhərrəmova,
Arzu Əliyeva, Azərbaycan Milli Konservatoriyasının dosentləri, əməkdar
artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov
(kamança) və digər musiqiçilər
iştirak etdilər.
Xalq artisti Mənsum İbrahimov
bu musiqi festivalında
muğama xüsusi yer verən, bu sahənin geniş təbliği və dünyada
tanıdılması üçün daim mühüm işlər
görən Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya dərin
minnətdarlığını bildirmişdir.
Azərbaycan. - 2013.- 2 avqust.- S. 7.