Kelsi RAYSTER: «Dünyanın heç bir ölkəsində muğama Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir»

 

"Dünyanın heç bir ölkəsində muğama Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu diqqəti qlobal miqyasda mühüm əhəmiyyətə malikdir".

Bu sözləri V Qəbələ Beynəlxalq Musiqi Festivalını izləmək üçün ABŞ-dan gəlmiş turist Kelsi Rayster müsahibəsində demişdir. Bildirmişdir ki, bu festival ümumilikdə incəsənətin inkişafında müstəsna rol oynayacaqdır.

Tarixçi olduğunu deyən qonaq həmçinin bu festivalın onun gələcəkdə yazacağı dissertasiyaya mühüm töhfə verəcəyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycana bundan çox-çox əvvəl səyahət etmək arzusunda idim. V Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə dünya kanallarında yayımlanan anonsları gördükdə isə bu möhtəşəm incəsənət bayramında iştirak etmək fikrinə düşdümgördüyünüz kimi, istəyimi reallaşdırdım.

Kelsi Rayster festivaldan sonra daha bir neçə gün Azərbaycanda qalacağını və ölkəmizlə yaxından tanış olacağını bildirmişdir. O, ölkəmizin milli xüsusiyyətlərini özündə əks etdirən xüsusi hədiyyələri, çay, xalça və digər məxsusi məhsulları özü ilə vətəninə aparacağını söyləmişdir.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 7.