Aleksandr FAYMON: «Təbiət qoynunda konsert vermək
musiqiçiyə unudulmaz hisslər
yaşadır»
"Qəbələ
gözəl şəhərdir və təbiət qoynunda konsert vermək
musiqiçiyə sözlə ifadəsi mümkün
olmayan unudulmaz hisslər
yaşadır".
Bu sözləri Heydər
Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının
iştirakçısı, Yerusəlim Simfonik
Orkestrinin üzvü Aleksandr Faymon AzərTAc-a
müsahibəsində demişdir.
Festivalda iştirakından məmnunluğunu
dilə gətirən Aleksandr Faymon proqrama uyğun olaraq orkestrin bir neçə
konsertlə çıxış etdiyini, Avropa bəstəkarlarının əsərlərinin
səsləndirildiyini bildirmişdir.
Qonaq çox
gənc olan bu
festivalın tamaşaçı auditoriyasının klassik musiqiyə böyük
həvəs göstərdiyini xüsusilə
vurğulamışdır. Diqqətə
çatdırmışdır ki, Azərbaycan
durmadan inkişaf edən
ölkədir. Ölkənizdə belə füsunkar
məkanın olduğunu bilmirdim.
Mən 14 il
əvvəl Azərbaycanda olmuşdum.
Qəbələyə isə ilk gəlişimdir.
Təklif olarsa, yenə də böyük məmnuniyyətlə ölkənizə
gəlmək istəyərəm. Buranın insanları çox səmimi və qonaqpərvərdirlər.
Festivalda sizin
musiqiçilərlə tanış oldum,
yeni dostlar qazandım.
Bu möhtəşəm sənət
bayramının təşkilatçılığı
yüksək səviyyədədir. Bizə daim
böyük qayğı göstərirlər.
Hesab edirəm ki, tamaşaçılar
ifamızdan razı qaldılar. Bu, çox vacibdir. Belə
gözəl təbiətin qoynunda təşkil
edilən möhtəşəm festivala
görə Heydər Əliyev Fonduna təşəkkür
etmək lazımdır.
Azərbaycan. - 2013.- 2 avqust.- S. 7.