Azərbaycan Respublikası
Prezidentinin seçkilərində səsvermənin nəticələri
haqqında dairə seçki komissiyası protokolunun
doldurulması qaydasına dair İZAH
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 18
iyun 2013-cü il tarixli 6/44 saylı qərarı ilə təsdiq
edilmişdir
Azərbaycan
Respublikası Prezidentinin seçkilərində səsvermənin
nəticələri haqqında dairə seçki
komissiyası protokolunun (İzaha 1 saylı əlavə)
doldurulması qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(bundan sonra - Seçki Məcəlləsi) 100-cü, 107-ci və
202-ci maddələrinə, habelə bu İzaha uyğun olaraq
müəyyənləşdirilir.
1. Ümumi müddəalar
1.1. Dairə seçki
komissiyasının protokolu yalnız həmin komissiyanın həlledici
səs hüquqlu üzvləri tərəfindən tərtib
edilməlidir.
1.2. Səsvermənin
nəticələri haqqında məntəqə seçki
komissiyaları protokollarının 1-ci nüsxələri və
onlara əlavə edilmiş digər müvafiq sənədlər
məntəqə seçki komissiyalarının sədrləri
və müxtəlif siyasi partiyaları təmsil edən iki
üzvü tərəfindən dairə
seçki komissiyasının sədrinə təqdim edildikdən
dərhal sonra, dairə seçki komissiyası sədrinin
tapşırığı ilə dairə seçki
komissiyasının üzvləri bu sənədlərin
Seçki Məcəlləsinin 106.7-ci maddəsinin tələblərinə
cavab verib-verməməsini, səsvermənin nəticələrində
uyğunsuzluğun olub-olmamasını yoxlayırlar. Bundan
sonra səslərin hesablanmasına aid məlumatlar seçki
dairəsi üzrə səsvermənin nəticələri
haqqında dairə seçki komissiyasının protokoluna
daxil edilir.
1.3. Dairə seçki
komissiyasının protokolu məntəqə seçki komissiyalarının
protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi
əsasında səsvermə günündən 2 gün
keçənədək tərtib edilir. Göstərilən məlumatların
ümumiləşdirilməsi fasiləsiz aparılır.
Qeyd: protokol tərtib edilərkən
hər bir bəndin məlumatı ayrı-ayrılıqda
göstərilir, saylar sözlə və rəqəmlə
yazılır. Protokolun karandaşla yazılmasına və
onda hər hansı bir düzəliş edilməsinə icazə
verilmir. Rəsmi protokolda düzəliş edilməsi yolverilməz
olduğuna görə əvvəlcə onun mütləq
qaralama nüsxəsi tərtib edilməlidir.
2. Protokolun doldurulma
ardıcıllığı
2.1. Dairə
seçki komissiyası səsvermənin nəticələri
haqqında yekun protokolunu tərtib edərkən protokoldakı
"Dairə seçki komissiyası səsvermənin nəticəIəri
haqqında məntəqə seçki komissiyalarının
protokollarındakı bütün məlumatları ümumiləşdirərək
seçki dairəsi üzrə səsvermənin nəticəIərini
müəyyən etmişdir" cümləsindən sonra gələn
aşağıdakı bəndləri müvafiq
ardıcıllıqla doldurmalıdır:
2.1.1. "seçki dairəsi
üzrə məntəqə seçki komissiyalarının
sayı" sətrində müvafiq seçki dairəsi
üzrə mövcud olan və yeni yaradılmış
seçki məntəqələrinin sayı göstərilir;
2.1.2. "məntəqə
seçki komissiyaları tərəfindən təqdim
edilmiş protokolların sayı" sətrində səsvermənin
baş tutmadığı seçki məntəqələri
istisna olmaqla, digər məntəqə seçki
komissiyalarından təqdim edilmiş protokolların sayı
göstərilir;
2.1.3.
"dairə seçki komissiyası protokolunun tərtib edilməsi
üçün əsas götürülmüş məntəqə
seçki komissiyaları protokollarının sayı" sətrində səsvermənin baş tutduğu
seçki məntəqələrindən daxil olan
protokolların sayı göstərilir (səsvermənin nəticələri
etibarsız hesab
edilmiş seçki məntəqələri məntəqə
seçki komissiyalarının təqdim etdikləri protokollar
istisna olmaqla);
2.1.4. "səsvermənin
nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin
sayı" sətrində səsvermənin baş tutduğu,
lakin səsvermənin nəticəsi etibarsız hesab
edilmiş seçki məntəqələrinin sayı
göstərilir;
2.1.5. "səsvermənin
baş tutmadığı seçki məntəqələrinin
sayı" sətrində təbii fəlakət,
qarşısı alına bilinməyən digər hadisələrin
baş verməsi nəticəsində, habelə seçkilərin
keçirilməsi və ya səsvermənin nəticələrinin
müəyyənləşdirilməsi zamanı
yol verilmiş qanun pozuntuları seçicilərin iradəsini
müəyyənləşdirməyə imkan vermədikdə
və ya məhkəmənin qərarı olduqda, səsvermənin
nəticələri haqqında protokolun tərtib edilmədiyi
seçki məntəqələrinin sayı göstərilir;
2.1.6. Protokolun 1-ci bəndi
- seçki dairəsi üzrə seçici
siyahılarında olan seçicilərin ümumi sayı
(1=1a+1b):
2.1.6.1.a) seçici siyahılarında olan
seçicilərin sayı;
2.1.6.2.
b) əlavə seçici
siyahılarında olan seçicilərin sayı.
(Məntəqə seçki
komissiyaları protokollarının 1-ci bəndinin müvafiq
olaraq "a" və "b" yarımbəndlərində
göstərilən rəqəmlərin cəmi bu protokolun
1-ci bəndinin müvafiq yarımbəndlərində qeyd
edilir. Həmin rəqəmlərin
cəmi bu protokolun 1-ci bəndinin rəqəmini verir və bu
rəqəm müvafiq qrafaya yazılır).
2.1.7.
Protokolun 2-ci bəndi - qeydiyyatdançıxma vəsiqəsi
almış seçicilərin sayı
(Məntəqə
seçki komissiyaları protokollarının 2-ci bəndindəki
rəqəmlər cəmlənərək bu bənddə qeyd olunur).
2.1.8.
Protokolun 3-ci bəndi - dairə seçki komissiyasından məntəqə
seçki komissiyalarına verilmiş seçki bülletenlərinin
sayı
(3=4+5+6)
(Məntəqə seçki komissiyaları
protokollarının 3-cü bəndindəki rəqəmlərinin
cəmi bu bənddə qeyd edilir. Bu rəqəm dairə seçki komissiyasından məntəqə
seçki komissiyalarına müvafiq aktlar tərtib edilməklə
verilmiş seçki bülletenlərinin sayına bərabər
olmalıdır (əgər dairə seçki
komissiyasının protokolu tərtib edilərkən seçki
dairəsinə aid olan seçki məntəqələrinin
hamısından daxil olmuş protokollar əsas
götürülmüşdürsə).
Mötərizədəki
hesablamada (3=4+5+6) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun
4-cü (seçki bülleteni almış seçicilərin
sayı), 5-ci (istifadə edilmədən ləğv olunmuş
seçki bülletenlərin sayı) və 6-cı
(korlanmış seçki bülletenlərinin sayı) bəndlərinin
rəqəmlərinin cəminə bərabər
olmalıdır).
2.1.9.
Protokolun 4-cü bəndi - seçki bülleteni almış
seçicilərin sayı
(4=4a+4b+4c):
2.1.9.1.
a) səsvermə otaqlarından kənarda;
2.1.9.2.
b) səsvermə otaqlarında - seçici
siyahıları əsasında [daimi (və ya müvəqqəti)
və əlavə seçici siyahılarında olan
imzaların sayı];
2.1.9.3. c) səsvermə otaqlarında
qeydiyyatdançıxma vəsiqəsi ilə.
(Məntəqə seçki
komissiyaları protokollarının 4-cü bəndinin
"a", "b" və "c" yarımbəndlərində
göstərilən rəqəmlərin cəmi bu protokolun 4-cü
bəndinin müvafiq yarımbəndlərində qeyd edilir.
Həmin rəqəmlərin cəmi protokolun
4-cü bəndinin rəqəmini verir və bu rəqəm
müvafiq qrafaya yazılır).
2.1.10.
Protokolun 5-ci bəndi - istifadə edilmədən ləğv
olunmuş seçki
bülletenlərinin sayı
(Məntəqə seçki
komissiyaları protokollarının 5-ci bəndindəki rəqəmlərin
cəmi bu bənddə qeyd edilir).
2.1.11.
Protokolun 6-cı bəndi - korlanmış seçki bülletenlərinin sayı
(Məntəqə
seçki komissiyaları protokollarının 6-cı bəndindəki
rəqəmlərin cəmi bu bənddə qeyd olunur).
2.1.12.
Protokolun 7-ci bəndi - seçki qutularında olan seçki
bülletenlərinin sayı (müəyyənləşdirilmiş
formada olmayan seçki bülletenləri 1 istisna olmaqla):
(7=7a+7b);
(7<4); (7=8+9)
2.1.12.1.
a) daşınan seçki qutularında
(7a<4a);
2.1.12.2.
b) daşınmaz seçki qutularında
(7b<4b+4c).
(Məntəqə seçki
komissiyaları protokollarının 7-ci bəndinin "a" və
"b" yarımbəndlərində göstərilən rəqəmlərin
cəmi bu protokolun 7-ci bəndinin müvafiq yarımbəndlərində
qeyd edilir. Həmin rəqəmlərin cəmi protokolun
7-ci bəndinin rəqəmini verir və bu rəqəm
müvafiq qrafaya yazılır. Protokolun 7a yarımbəndindəki
rəqəm protokolun 4a yarımbəndindəki rəqəmdən,
7b yarımbəndindəki rəqəm isə 4b və 4c
yarımbəndlərindəki rəqəmlərin cəmindən
az və ya onlara bərabər
olmalıdır. Mötərizədə verilmiş kiçik
bərabərlikdə (7<4) göstərildiyi kimi, 7-ci bəndin
rəqəmi protokolun 4-cü bəndindəki rəqəmdən
az və ya ona bərabər
olmalıdır. 7-ci bəndin rəqəmi
protokolun 8-ci (etibarsız hesab edilmiş səslərin
sayı) və 9-cu (etibarlı hesab edilmiş səslərin
sayı) bəndlərindəki rəqəmlərin cəminə
bərabər olmalıdır (7=8+9)).
2.1.13.
Protokolun 8-ci bəndi - etibarsız hesab edilmiş səslərin
sayı (namizədlərin soyadlarından sağdakı
kvadratlarda heç bir işarə qoyulmamış və ya
birdən çox kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş
formada olan seçki bülletenlərinin sayı)
(Məntəqə seçki
komissiyaları protokollarının 8-ci bəndindəki rəqəmlərin
cəmi bu bənddə qeyd edilir).
2.1.14.
Protokolun 9-cu bəndi - etibarlı hesab edilmiş səslərin
sayı (namizədlərdən yalnız birinin soyadından
sağdakı kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş
formada olan seçki bülletenlərinin sayı)
(9=10)
(Məntəqə seçki
komissiyaları protokollarının 9-cu bəndindəki rəqəmlərin
cəmi bu bənddə qeyd edilir).
2.1.15.
Protokolun 10-cu bəndi - etibarlı hesab edilmiş səslərin
prezidentliyə namizədlər arasında bölünməsi
(Protokolun
bu bəndində seçki bülleteninə daxil edilmiş
prezidentliyə namizədlərin soyadı, adı,
atasının adı 2 seçki bülletenindəki ardıcıllıqla, əlifba
sırası ilə yazılır və hər bir namizədin
lehinə verilmiş səslərin sayı sözlə və
rəqəmlə göstərilir. Məntəqə
seçki komissiyalarının protokollarındakı hər
bir namizədin lehinə verilmiş səslərin cəmi dairə
seçki komissiyasının protokolunda həmin namizədin
lehinə verilmiş səslərin sayı qrafasında
sözlə və rəqəmlə qeyd edilir. Cədvəlin sonunda səslərin cəmi
yazılır və bu rəqəm protokolun 9-cu bəndinə
(etibarlı səslərin sayına) bərabər
olmalıdır. Bu sayda bərabərlik olmazsa,
protokol etibarsız sayılır).
2.2.
Protokol tam doldurulub qurtardıqdan sonra doldurulma tarixi və
vaxtı həmin protokolda qeyd edilir.
2.3.
Səsvermənin nəticələri haqqında yekun protokol
dairə seçki komissiyasının həlledici səs
hüquqlu üzvlərinin ümumi sayının ən azı
2/3-si tərəfindən imzalanır. Protokolun
komissiya üzvləri tərəfindən boş və ya tam
doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun
ayrı-ayrı hissələri ilə razılaşmayan dairə
seçki komissiyasının üzvü protokolu imzalayaraq ona
özünün xüsusi rəyini əlavə edə bilər
və bu barədə protokolda müvafiq qeyd aparılır.
3.
Əlavə edilməli olan sənədlərlə birlikdə
protokolun Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi
3.1.
Aşağıda göstərilən seçki sənədləri
Seçki Məcəlləsinin 107.4-cü maddəsinə
uyğun olaraq səsvermənin nəticələri haqqında
dairə seçki komissiyasının protokoluna əlavə
edilərək dərhal, lakin səsvermə günündən
2 gündən gec olmayaraq dairə seçki
komissiyasının sədrinin və müxtəlif siyasi
partiyaları təmsil edən iki üzvünün
müşayiəti ilə Mərkəzi Seçki
Komissiyasına göndərilir:
3.1.1. dairə
seçki komissiyası protokolunun 1-ci nüsxəsi;
3.1.2.
səsvermə günü dairə
seçki komissiyasına seçki hüquqlarının
pozulması ilə əlaqədar daxil olmuş şikayətlər
(ərizələr) və bunlar üzrə dairə seçki
komissiyasının qəbul etdiyi qərarlar;
3.1.3.
Azərbaycan Respublikası Prezidentinin seçkilərində
seçki bülletenlərinin Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasından dairə seçki
komissiyasına verilməsi haqqında akt (İzaha 2 saylı əlavə);
3.1.4.
Azərbaycan Respublikası Prezidentinin seçkilərində
istifadə edilməmiş seçki bülletenlərinin ləğv
edilməsi haqqında akt (İzaha 3 saylı əlavə);
3.1.5. Azərbaycan Respublikası Prezidentinin
seçkilərində səsvermə üçün
qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin
verilməsi və istifadə edilməmiş vəsiqələrin
ləğv edilməsi haqqında akt (İzaha 4 saylı əlavə).
3.2.
3.1.4-cü və 3.1.5-ci bəndlərdə göstərilən
aktlar dairə seçki komissiyasının sədri və
katibləri tərəfindən imzalanır.
3.3.
Şikayətlərin (ərizələrin), dairə
seçki komissiyası qərarlarının və yuxarıda
adları çəkilən aktların təsdiq edilmiş surətləri
protokolun 2-ci nüsxəsinə tikilir.
Qeyd:
1. Məntəqə seçki komissiyasının protokolu tərtib
edilən zaman
ehtiyatsızlıqdan hər hansı bir xətaya (məlumatların
səhv daxil edilməsi, pozulma, qaralama və s.) yol
verilmişdirsə və bunun nəticəsində seçicilərin
iradəsinin müəyyənləşdirilməsi
mümkün deyilsə, müvafiq dairə seçki
komissiyası protokolu qəbul etdikdən sonra həmin məntəqədə
səslərin yenidən hesablanması haqqında qərar qəbul
etməlidir. Səslərin yenidən hesablanması dairə
seçki komissiyasının həlledici səs hüquqlu
üzvləri tərəfindən aparılır, onlar tərəfindən
həmin seçki məntəqəsi üzrə səsvermənin
nəticələrinə dair protokol tərtib edilərək
imzalanır, dairə seçki komissiyasının
möhürü ilə möhürlənir və həmin
protokolda "səslərin təkrar hesablanması"
sözləri qeyd edilir. Bu protokola məntəqə
seçki komissiyasının protokolu da əlavə edilir.
Dairə seçki komissiyasının yekun protokoluna həmin
seçki məntəqəsi üzrə dairə seçki
komissiyası tərəfindən tərtib edilmiş
protokoldakı məlumatlar daxil edilir.
Qeyd:
2. Dairə seçki komissiyasının protokolu tərtib edilərkən
ehtiyatsızlıqdan həmin protokolda hər hansı bir xətaya
(məlumatların səhv daxil edilməsi, pozulma, qaralama və
s.) yol verilmişdirsə, dairə seçki komissiyası həmin
halı öz qərarı ilə rəsmiləşdirərək
buna dair müvafiq akt tərtib etməli, protokolu həmin aktla
birlikdə qanunda nəzərdə tutulmuş müddət ərzində
Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
1 Müəyyənləşdirilmiş
formada olmayan seçki bülletenlərinin sayına dair
MnSK-lar tərəfindən tərtib edilmiş aktlardakı məlumatların
ümumiləşdirilməsi nəticəsində DSK tərəfindən
müvafiq akt tərtib edilərək MnSK aktları ilə
birlikdə bu protokola əlavə edilir.
2
Seçki bülleteninə daxil edilmiş namizədlərin
soyadı, adı, atasının adı eyni olduqda onların
doğulduqları gün, ay və il də
göstərilməlidir.
İzaha
1 saylı əlavə
AZƏRBAYCAN
RESPUBLİKASI
PREZİDENTİNİN
SEÇKİLƏRİ
“___”
__________ 20__ il
____saylı______________________________________seçki
dairəsi üzrə
(seçki dairəsinin adı)
səsvermənin nəticələri
haqqında
dairə
seçki komissiyasının
P
R O T O K O L U
_____________________________________________________________________
(seçki dairəsi mərkəzinin olduğu
yer –
muxtar respublika, şəhər, rayon, şəhərdə
rayon)
Dairə
seçki komissiyası səsvermənin nəticəIəri
haqqında məntəqə seçki komissiyalarının
protokollarındakı bütün məlumatları ümumiləşdirərək
seçki dairəsi üzrə səsvermənin nəticəIərini
müəyyən etmişdir:
Seçki
dairəsi üzrə məntəqə seçki
komissiyalarının sayı
(sözlə)
(rəqəmlə)
Məntəqə
seçki komissiyaları tərəfindən təqdim
edilmiş protokolların sayı
(sözlə)
(rəqəmlə)
Dairə
seçki komissiyası protokolunun tərtib edilməsi
üçün əsas götürülmüş məntəqə
seçki komissiyaları protokollarının sayı
(sözlə)
(rəqəmlə)
Səsvermənin
nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin
sayı
(sözlə)
(rəqəmlə)
Səsvermənin
baş tutmadığı seçki məntəqələrinin
sayı
(sözlə)
(rəqəmlə)
1.
Seçki
dairəsi üzrə seçici siyahılarında olan
seçicilərin ümumi sayı (1=1a+1b):
(sözlə)
(rəqəmlə)
a) seçici
siyahılarında olan seçicilərin sayı
(sözlə)
(rəqəmlə)
b) əlavə seçici
siyahılarında olan seçicilərin sayı
(sözlə)
(rəqəmlə)
2.
Qeydiyyatdançıxma vəsiqəsi
almış seçicilərin sayı
(sözlə)
(rəqəmlə)
3.
Dairə seçki
komissiyasından məntəqə seçki komissiyalarına
verilmiş seçki
bülletenlərinin
sayı (3=4+5+6)
(sözlə)
(rəqəmlə)
4.
Seçki bülleteni
almış seçicilərin sayı (4=4a+4b+4c):
(sözlə)
(rəqəmlə)
a) səsvermə otaqlarından kənarda
(sözlə)
(rəqəmlə)
b) səsvermə
otaqlarında - seçici
siyahıları əsasında [daimi (və ya müvəqqəti)
və əlavə seçici siyahılarında olan
imzaların sayı]
(sözlə)
(rəqəmlə)
c) səsvermə
otaqlarında – qeydiyyatdançıxma vəsiqəsi ilə
(sözlə)
(rəqəmlə)
5.
İstifadə edilmədən
ləğv olunmuş seçki bülletenlərinin sayı
(sözlə)
(rəqəmlə)
6.
Korlanmış seçki
bülletenlərinin sayı
(sözlə)
(rəqəmlə)
7.
Seçki qutularında
olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş
formada olmayan seçki bülletenləri[1] istisna olmaqla)
(7=7a+7b); (7≤4); (7=8+9):
(sözlə)
(rəqəmlə)
a) daşınan seçki
qutularında (7a≤4a)
(sözlə)
(rəqəmlə)
b) daşınmaz
seçki qutularında (7b≤4b+4c)
(sözlə)
(rəqəmlə)
8.
Etibarsız hesab edilmiş
səslərin sayı (namizədlərin soyadlarından
sağdakı kvadratlarda heç bir işarə
qoyulmamış və ya birdən çox kvadratda işarə
qoyulmuş müəyyənləşdirilmiş formada olan
seçki bülletenlərinin sayı)
(sözlə)
(rəqəmlə)
9.
Etibarlı hesab edilmiş
səslərin sayı (namizədlərdən yalnız birinin
soyadından sağdakı kvadratda işarə qoyulmuş
müəyyənləşdirilmiş formada olan seçki
bülletenlərinin sayı)
(9=10)
(sözlə)
(rəqəmlə)
10.
Etibarlı hesab edilmiş
səslərin prezidentliyə namizədlər arasında
bölünməsi:
Seçki bülleteninə
daxil edilmiş
prezidentliyə namizədlərin soyadı,
adı, atasının adı[2]
(əlifba sırası ilə)
Hər bir namizədin
lehinə verilmiş səslərin
sayı
sözlə
rəqəmlə
Cəmi:
Komissiyanın
sədri
Komissiyanın katibi
(soyadı, adı,
atasının adı)
(imza)
Komissiyanın katibi
(soyadı, adı,
atasının adı)
(imza)
Komissiyanın üzvləri
(soyadı, adı,
atasının adı)
(imza)
(soyadı, adı,
atasının adı)
(imza)
M.Y.
(soyadı, adı,
atasının adı)
(imza)
(soyadı, adı,
atasının adı)
(imza)
(soyadı, adı,
atasının adı)
(imza)
(soyadı, adı,
atasının adı)
(imza)
(soyadı, adı,
atasının adı)
(imza)
Protokol
20 ___-ci il____________
_____-da (də) saat ___-da(də) tərtib edilmişdir.
Komissiyanın
həlledici səs hüquqlu üzvünün xüsusi rəyi
haqqında qeyd: ____________ _____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
(soyadı, adı, atasının adı)
(imza)
Q
e y d l ə r:
Protokol dairə seçki
komissiyasının həlledici səs hüquqlu üzvləri
tərəfindən tərtib edilir və imzalanır.
Dairə seçki komissiyasının protokolla
bütövlükdə və ya onun ayrı-ayrı hissələri
ilə razılaşmayan üzvü protokola xüsusi rəyini
əlavə edə bilər və bu barədə protokolda
müvafiq qeyd aparılır.
Protokolda düzəlişlər edilməsinə
icazə verilmədiyinə görə, əvvəlcə
protokolun qaralama nüsxəsini tərtib etmək məqsədəuyğundur.
Protokolun karandaşla dyazılmasına icazə
verilmir.
[1]
Müəyyənləşdirilmiş formada olmayan seçki
bülletenlərinin sayına dair MnSK-lar tərəfindən tərtib
edilmiş aktlardakı məlumatların ümumiləşdirilməsi
nəticəsində DSK tərəfindən müvafiq akt tərtib
edilərək, MnSK aktları ilə birlikdə bu protokola əlavə
edilir.
[2]
Seçki bülleteninə daxil edilmiş namizədlərin
soyadı, adı, atasının adı eyni olduqda, onların
doğulduqları gün, ay və il də
göstərilməlidir.
İzaha
2 saylı əlavə
Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
seçki
bülletenlərinin Azərbaycan Respublikasının
Mərkəzi
Seçki Komissiyasından dairə seçki komissiyasına
verilməsi
haqqında
A K T
____________________________________ “___" ________20 il
(rayon, şəhər, şəhərdə
rayon, qəsəbə, kənd)
Saat________
Azərbaycan
Respublikası
Seçki Məcəlləsinin
99-cu maddəsinin 6-cı
bəndinə uyğun
olaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası
____ saylı
___________________________ seçki dairəsinin
( seçki dairəsinin adı )
dairə seçki komissiyasına seçki dairəsi
üzrə seçicilər siyahısındakı
seçicilərin ümumi sayına
uyğun olaraq
_________________________
(sözlə)
____________ ədəd
seçki bülleteni vermişdir.
(rəqəmlə)
Azərbaycan
Respublikası
Mərkəzi
Seçki Komissiyasının
katibi
________ __________________
(imza) (inisialı
və soyadı)
M.Y.
Dairə
seçki komissiyasının
sədri
________ __________________
(imza)
(inisialı və soyadı)
Dairə
seçki komissiyasının
katibi
________ __________________
(imza)
(inisialı və soyadı)
Dairə
seçki komissiyasının
katibi
_________ _________________
(imza) (inisialı
və soyadı)
M.Y.
İzaha
3 saylı əlavə
Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
istifadə edilməmiş
seçki bülletenlərinin ləğv edilməsi
haqqında
A K T
____________________________________ “___" ________20 il
(rayon, şəhər, şəhərdə
rayon, qəsəbə, kənd)
Saat________
Biz,
aşağıda imza edənlər, həmin aktı ona
görə tərtib etdik ki, __ saylı
____________________________
seçki dairəsinin dairə seçki
komissiyası
(seçki
dairəsinin adı)
tərəfindən
____________________ _______ədəd istifadə edilməmiş
seçki
(sözlə) (rəqəmlə)
bülleteni qanunla
müəyyən
olunmuş qaydada ləğvetmə xəttindən
kəsilməklə
ləğv edilmişdir.
Dairə
seçki komissiyasının
sədri
________ ____________________
(imza) (inisialı
və soyadı)
Dairə
seçki komissiyasının
katibi
_________ ____________________
(imza) (inisialı
və soyadı)
Dairə
seçki komissiyasının
katibi
_________ ____________________
(imza) (inisialı
və soyadı)
M.Y.
İzaha
4 saylı əlavə
Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
səsvermə
üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin
verilməsi və istifadə edilməmiş vəsiqələrin
ləğv edilməsi haqqında
A K T
____________________________________ “___" ________20 il
(rayon, şəhər,
şəhərdə rayon, qəsəbə, kənd)
Saat________
Biz, aşağıda imza
edənlər, həmin aktı
ona görə tərtib
etdik ki,
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasından _____
saylı
__________________________
seçki dairəsinin dairə seçki
komissiyasına
(seçki dairəsinin
adı)
verilmiş ___________________ ___________ ədəd qeydiyyatdançıxma
(sözlə) (rəqəmlə)
(səsvermə) vəsiqəsindən
_______________________ ___________
(sözlə) (rəqəmlə)
ədədi seçicilərə
təqdim edilmişdir.
İstifadə edilməmiş
_________________________ ___________ ədəd
(sözlə) ( rəqəmlə)
qeydiyyatdançıxma (səsvermə)
vəsiqəsi ortadan kəsilməklə ləğv
edilmişdir.
Dairə seçki
komissiyasının
sədri _________ ___________________
(imza)
(inisialı və soyadı)
Dairə seçki
komissiyasının
katibi ________ ___________________
(imza)
(inisialı və soyadı)
Dairə seçki
komissiyasının
katibi
_________ ___________________
(imza)
(inisialı və soyadı)
M.Y.