Milli Məclisin Sədri Oqtay Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak edəcək

 

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün avqustun 4-də Tehranda səfərdə olacaqdır.

Nümayəndə heyətinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun mərasimdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur.

Səfər avqustun 5-də başa çatacaqdır.

 

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2013.- 3 avqust.- S. 1.