İqtisadi inkişaf
naziri Lerikdə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
sədri Yevlaxda vətəndaşları
qəbul etmişdir
Avqustun 2-də iqtisadi
inkişaf naziri Şahin Mustafayev Lerik şəhərindəki mədəniyyət
evində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad
rayonlarından olan vətəndaşları
qəbul etmişdir.
AzərTAc xəbər
verir ki, qəbula gələn
vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli
kreditlərin verilməsi, işə qəbul, kənd
yollarının çəkilməsi, məktəb tikintisi, qaz, su və elektrik enerjisi təminatı və s.
məsələlərlə bağlı müraciət etmişlər.
Vətəndaşların
müraciətləri, şikayət və təklifləri
diqqətlə dinlənilmiş, qaldırılan məsələlər
İqtisadi İnkişaf
Nazirliyinin aidiyyəti struktur
bölmələrinin rəhbərlərinin iştirakı ilə
operativ şəkildə
araşdırılmış və bir
sıra məsələlər yerindəcə həllini
tapmışdır.
Digər müraciətlərin
isə hərtərəfli öyrənilməsi və
qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə
konkret tapşırıqlar verilmişdir.
Qəbulda həmçinin
bir sıra sahibkarların təklifləri
dinlənilmiş, müxtəlif layihələrlə
bağlı müzakirələr aparılmış və həmin
layihələrin güzəştli qaydada
maliyyələşdirilməsi üçün
müvafiq göstərişlər verilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə
aid olmayan məsələlərlə
bağlı vətəndaşların müraciətləri
isə aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınmış və
baxılmasının təşkili üçün
nəzarətə götürülmüşdür.
Bununla belə, qəbul
zamanı birbaşa müraciət edən
vətəndaşlar da nazir
Şahin Mustafayev tərəfindən
qəbul edilmiş, hər bir
sakinin müraciəti diqqətlə dinlənilmiş,
müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülmüşdür.
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin
mütəmadi olaraq bölgələrdə
vətəndaşların qəbulunun təşkilindən
razılıqlarını bildirən sakinlər yaradılan
şəraitə görə Azərbaycan Prezidenti
İlham Əliyevə minnətdarlıqlarını
bildirmişlər.
***
Avqustun 2-də
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Yevlax şəhərindəki mədəniyyət
evində bu rayondan, həmçinin
Ağdam, Bərdə, Ağcabədi,
Laçın, Beyləqan, Xocavənd, Xocalı, Füzuli, Ağdaş, Ucar, Zərdab, Göyçay
rayonlarından
olan vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər
verir ki, komitənin
şöbə və struktur rəhbərlərinin
iştirakı ilə keçirilən qəbulda vətəndaşlar
qarşılaşdıqları problemlərlə bağlı
DTXK-nın sədrinə müraciət etmiş,
arzu və təkliflərini bildirmişlər. Vətəndaşlar
əsasən adlarının səhvən aqrar
islahat komissiyasının siyahısına
salınmaması, kadastr sənədlərini
ala bilməmələri, eləcə də
onlara verilmiş pay torpaqlarının sənədləşdirilməsi
ilə bağlı qarşılaşdıqları problemlər
barədə müraciət etmişlər.
Qəbulda qaldırılan
məsələlərin bir qismi yerindəcə həll edilmiş,
bir hissəsi isə icra
olunmaq üçün
nəzarətə götürülmüşdür.
Eyni zamanda,
qəbulda iştirak edən vətəndaşlardan
bir qrupuna kadastr sənədləri təqdim olunmuşdur.
Sakinlər mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən mütəmadi olaraq
bölgələrdə vətəndaşların qəbulunun
təşkilindən razı qaldıqlarını söyləmiş,
göstərilən diqqət və qayğıya görə
Azərbaycan Prezidenti İlham
Əliyevə
minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 4.