Mərkəzi
Bankda Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi yaradılmışdır
Avqustun
2-də Mərkəzi Bankda
"Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi"
(ESAHS) layihəsinin təqdimatı
olmuşdur. AzərTAc xəbər verir ki, təqdimatda Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev layihə barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, ESAHS-in yaradılması uğurla
başa çatdırılmışdır.
Bu layihənin tamamlanması Mərkəzi
Bankın informasiya bazasının tam elektronlaşması
istiqamətində həlledici
əhəmiyyətə malikdir.
ESAHS, eyni zamanda, Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "2013-2017-ci illərdə
Azərbaycan Respublikasında
rəsmi statistikanın
inkişafı Dövlət
Proqramı"nın müvafiq tələbindən
irəli gələn və avtomatlaşma sahəsində tamamlanmış
mühüm layihələrdən
biridir. Sistem qabaqcıl beynəlxalq
standartlara uyğun işlənmiş və ən son texnoloji tələblərə cavab
verir. ESAHS Mərkəzi Bankda bütün statistik məlumatların vahid elektron platformada toplanmasına, avtomatik rejimdə və keyfiyyətli emal olunmasına, informasiyanın
çevik yayımlanmasına
imkan verir.
Vurğulanmışdır ki, ESAHS həm də geniş analitik və riyazi-statistik emal imkanlarına malikdir. Sistem informasiyanın
interaktiv təsvirini, onun avtomatik rejimdə müxtəlif formatlara keçirilməsini,
hər bir icmal göstəricinin ilkin mənbəyinə qədər saniyələr
ərzində detallaşmasını
təmin edir. ESAHS-in geniş funksional
imkanları həm də Mərkəzi Bankın məlumat bazası ilə digər dövlət qurumlarının məlumat
bazaları arasında
çevik informasiya mübadiləsinə də
şərait yaradır.
O, istifadəçilər üçün
rahatlığı və
əhəmiyyətli vaxt
qənaətini təmin
edir.
Diqqətə
çatdırılmışdır ki, ESAHS-in mükəmməl texnoloji
platformasından istifadə etməklə növbəti mərhələdə
Mərkəzi Bankın informasiya
bazasının daha da
zənginləşdirilməsi, onun
çoxsaylı kənar informasiya mənbələri
ilə qarşılıqlı inteqrasiyası istiqamətində
fəaliyyətin
davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 4.