9 Oktyabr
2013-cü ilə təyin edilmiş Azərbaycan
Respublikası Prezidenti seçkilərində
vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan şikayətlərin
araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
¹ 8/66
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının 02 avqust 2013-cü il tarixli Qərarı ilə
Azərbaycan Respublikası Prezidentinin
növbəti seçkiləri 9 oktyabr
2013-cü ilə təyin edilmişdir. Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər
prosesində vətəndaşların seçki
hüququnu pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə qanunvericilikdə
nəzərdə tutulmuş müddətdə
və qaydada seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
112-1.1-ci maddəsinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki
komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın
5.1-ci bəndinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə, səsvermə
gününə azı altmış gün
qalmış, hər seçki (referendum) dövründə
fəaliyyət göstərən, tərkibinə müvafiq seçki
komissiyasının hüquqşünas
üzvləri, o cümlədən peşəkarlıq,
dəqiq faktiki və hüquqi
təhlillər aparmaq bacarığı, seçki sahəsində iş
təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə
ictimai inamın
yüksək olması kimi meyarlara
cavab verən seçki
komissiyalarının digər (hüquqşünas
olmayan) üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının nəzdində 9 nəfərdən, dairə
seçki komissiyalarının nəzdində
isə 3 nəfərdən ibarət müvafiq
ekspert qrupları yaradılır.
Seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil
olmuş şikayət və müraciətlərin
araşdırılmasının təmin edilməsi və
onların obyektivliyini və səmərəliliyini
artırmaq məqsədilə yuxarıda göstərilən qaydada müvafiq ekspert qruplarının yaradılması zəruridir. Ona görə
də Mərkəzi Seçki
Komissiyasının nəzdində bu qərarın
nəticə hissəsində göstərilmiş və
yuxarıda göstərilən tələblərə cavab verən 9 nəfərdən ibarət tərkibdə
ekspert qrupu
yaradılmalı, mövcud dairə seçki komissiyalarının nəzdində
qanunvericiliklə nəzərdə tutulmuş
müddətdən gec olmayaraq
müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə
ekspert qruplarının yaradılması
isə həmin seçki komissiyalarına
həvalə edilməlidir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası yuxarıda qeyd edilənləri
əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə və yuxarıda göstərilən Təlimat"ın
5.1-ci bəndinə əsasən
qərara alır:
1. Vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının nəzdində 2013-cü il
okyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikasının Prezidenti
seçkilərinin keçirilməsi dövründə fəaliyyət
göstərəcək 9 nəfərdən ibarət
aşağıdakı tərkibdə ekspert
qrupu yaradılsın:
Ramiz İbrahimov - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının üzvü
Qabil Orucov - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının üzvü,
Validə Kazımova - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının üzvü
Tofiq Həsənov - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının üzvü
Bəxşeyiş Əsgərov
- Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
İradə
Hacıyeva - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyası Katibliyi Hüquq
şöbəsinin müdiri
Rafiq Abbasov - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin baş məsləhətçisi
Emin Quliyev - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin baş məsləhətçisi
İlkin Şahbazov - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası Katibliyi
Hüquq şöbəsinin məsləhətçisi
2. Seçki keçiriləcək
dairə seçki komissiyalarının nəzdində
qanunvericiliklə nəzərdə tutulmuş
müddətdən gec olmayaraq
müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə
ekspert qruplarının yaradılması həmin
seçki komissiyalarına həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
02.08.2013-cü
il
Azərbaycan. - 2013.- 3 avqust.- S. 3.