«9 oktyabr
2013-cü ildə keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərinin
hazırlanıb keçirilməsi üzrə əsas hərəkət
və tədbirlərin təqvim planı»nın təsdiq edilməsi
barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
¹ 8/65
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikasında növbəti prezident seçkilərinin 9 oktyabr
2013-cü ilə təyin edilməsi haqqında qərar qəbul
etmişdir.
Azərbaycan
Respublikasının seçki
qanunvericiliyində nəzərdə tutulmuş
əsas hərəkət və tədbirlərin
ardıcıl və keyfiyyətlə həyata keçirilməsi,
seçki subyektlərinə metodiki yardım göstərilməsi və
onların seçki prosesindəki fəaliyyətlərinin
sadələşdirilməsi məqsədilə
qarşıdan gələn Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb
keçirilməsi üzrə əsas hərəkət və
tədbirlərin yerinə yetirilmə
ardıcıllığını, müddətlərini və
subyektlərinin əhatə dairəsini müəyyən edən
Təqvim planının təsdiq edilməsi məqsədə
müvafiqdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası yuxarıda qeyd edilənləri
əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 25.3-cü və 177-203, 208-cu maddələrinə
uyğun olaraq qərara
alır:
1. "9 oktyabr
2013-cü ildə keçiriləcək Azərbaycan
Respublikası Prezidenti seçkilərinin
hazırlanıb keçirilməsi üzrə əsas hərəkət
və tədbirlərin Təqvim planı" təsdiq edilsin.
2. Təqvim planı dərc
edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
02.08.2013-cü
il
Azərbaycan. - 2013.- 3 avqust.- S. 3.