Azərbaycan Diplomatik
Akademiyası Mühəndislik və İnformasiya
Texnologiyaları İnstitutu açır
Cari tədris ili üçün Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi birinci qrup üzrə bakalavr pilləsinə
imtahan verən
abituriyentlər Azərbaycan Diplomatik
Akademiyasının (ADA) təklif
etdiyi yeni
ixtisasları - kompyuter elmləri, eləcə
də informasiya texnologiyaları və
sistemləri mühəndisliyi
ixtisaslarını seçmək imkanı qazanacaqlar.
ADA-dan bildirmişlər ki, əlavə edilən yeni
ixtisaslar bu ali məktəbin
akademik proqramlarının genişləndirilməsi
prosesinin bir hissəsidir.
Akademiyanın
strategiya və inkişaf
üzrə prorektoru Emin
Hüseynovun sözlərinə görə,
cəmi yeddi il əvvəl
yaradılan ali təhsil ocağı Xarici
İşlər Nazirliyi əməkdaşları
üçün qısamüddətli təlim
proqramları keçirən mərkəzdən altı bakalavr və üç magistr dərəcəsi üzrə təhsil verən çoxprofilli ali məktəbə
çevrilmişdir.
Mühəndislik və İnformasiya Texnologiyaları İnstitutunun
(MİTİ) yaradılması prosesində ADA dünyanın bu sahə üzrə aparıcı universitetləri ilə əməkdaşlıq
edəcəkdir. Koreya Elm və Texnologiya Araşdırmaları
İnstitutu (Korean Advanced İnstitute
of Science and Technology-KAİST) belə tərəfdaşlardan biridir.
İki ali məktəb arasında əldə edilən ilkin razılaşmaya görə,
KAİST yeni institutun kafedraları, o cümlədən
kompyuter, mexaniki, elektrik, mülki mühəndislik, informasiya
texnologiyaları sistemləri
kafedralarının planlaşdırılması,
tədris proqramlarının
işlənməsi, tanınmış
xarici mütəxəssislərin
dekan və professor heyətinə cəlb edilməsi istiqamətində
ADA ilə birgə iş aparacaqdır.
KAİST, həmçinin dərsliklərin
müəyyən edilməsi,
laboratoriyalar və avadanlığın qurulması, informasiya
texnologiyaları sahəsində
yerli, regional və qlobal məşğulluq bazarının hazırkı
və gələcək
meyillərinin öyrənilməsi
üzrə akademiya ilə əməkdaşlıq
edəcəkdir.
E.Hüseynov bildirmişdir ki,
MİTİ-nin formalaşmasında
KAİST kimi tərəfdaşların
cəlb edilməsi
ADA-nın akademik sahələrini genişləndirməklə
yanaşı, Azərbaycanda
bu sahə üzrə mükəmməl
və dünyanın aparıcı ali
məktəbləri ilə
ayaqlaşa biləcək
institutun yaradılmasına
imkan verəcəkdir.
2013-2014-cü
tədris ilində bakalavrlar ADA-da kompyuter və informasiya
texnologiyaları ixtisasları
ilə yanaşı, ikinci və üçüncü qruplar
üzrə beynəlxalq
münasibətlər, biznesin
idarə edilməsi, iqtisadiyyat, dövlət və ictimai münasibətlər ixtisasları
arasında da seçim edə bilərlər.
ADA magistr
pilləsinə qəbulu
uğurla başa çatdırmış, diplomatiya
və beynəlxalq münasibətlər, dövlət
və ictimai siyasət, Executive MBA ixtisasları
üzrə 100-dək tələbə
yığmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 3 avqust.- S. 3.