Düşmən cavab atəşi ilə susdurulmuşdur
Ermənistan
ordusunun bölmələri avqustun 1-də və 2-də gecə Azərbaycan
Respublikasının Tərtər rayonunun
Çaylı, Göyarx, Füzuli
rayonunun Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Sarıcalı,
Yusifcanlı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan
Silahlı Qüvvələrinin mövqelərini atəşə
tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 6.