Bakıda Azərbaycan-ABŞ
biznes forumu
keçiriləcək
Bu ilin
payız aylarında Azərbaycan-ABŞ biznes
forumu keçiriləcək. Bunu Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun
(AzPROMO) prezidenti
Rüfət Məmmədov bildirib.
Onun sözlərinə
görə, tədbirin Bakıda keçirilməsi
planlaşdırılır: "Ümumiyyətlə, ABŞ-da ixracın təşviqi ilə
bağlı bir çox
təşkilatlar mövcuddur. Onların biri ilə AzPROMO əməkdaşlıq
edərək bu tədbiri Bakıda təşkil
etməyi planlaşdırırıq".
R.Məmmədov bildirib ki, biznes
forumunda müxtəlif sahələri təmsil
edəcək iş adamları iştirak edəcəklər. Xüsusilə kənd
təsərrüfatı, qida sənayesi, yüngül sənaye, bərpa olunan enerji, turizm və digər sahələr əhatə
olunacaq: "ABŞ tərəfi ilə təxminən
10-12 sahə üzrə bu tədbiri keçirməyi
planlaşdırırıq. Eyni zamanda, bu tədbirə ixrac imkanlarının artırılması
baxımından da yanaşırıq. AzPROMO ABŞ-a Azərbaycandan
qeyri-neft məhsullarının
ixracını artırmaq istəyir. Elə bu
məqsədlə amerikalı iş
adamlarını Azərbaycana dəvət edirik".
Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.