Bu il
«Şahdəniz»ə 2,8 milyard dollardan çox vəsait
xərclənəcək
Ötən il "Şahdəniz" yatağı üzrə
məcmu əməliyyat xərcləri 269,3 milyon
dollar, əsaslı xərclər 1,1 milyard dollar olmuşdur.
Cari ildə "Şahdəniz"
yatağı üzrə əməliyyat işlərinə 222
milyon, əsaslı işlərə isə
2,67 milyard dollar vəsaitin
xərclənməsi planlaşdırılır. Keçən
ilin may ayında
"Şahdəniz" yatağında ilk
dəfə 5 quyudan hasilata
başlanmışdır.
Ötən il "Şahdəniz" yatağından təxminən
7,73 milyard kubmetr qaz və 16,1 milyon barel kondensat hasil edilmişdir. Bu, gündə təxminən 21,1 milyon standart kubmetr qaza və 44 min 100 barel kondensata
bərabərdir.
Ümumiyyətlə,
2006-cı ilin sonlarında "Şahdəniz"
yatağından hasilat başlanandan
2012-ci ilin sonunadək yerli
və beynəlxalq bazarlara 37,6 milyard kubmetr qaz və 80 milyon barel kondensat ixrac edilmişdir.
Xatırladaq ki, "Şahdəniz" qaz
yatağı 1999-cu ildə kəşf edilmişdir.
Onun rezervuar
qalınlığı 1000 metrdən artıq, uzunluğu
22 kilometrdir. Yataq
sahildən dənizə doğru 70 kilometr məsafədə, suyun
dərinliyi 50-600 metr arasında dəyişdiyi
bir ərazidə yerləşir. Geoloji baxımdan mürəkkəb olan "Şahdəniz" yatağı çox yüksək təzyiqə malikdir və onun
çoxsaylı rezervuar
"horizontları" var.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.