İnşaat sektorunda
orta aylıq əməkhaqqı 600 manata yaxındır
Cari ilin yanvar-iyun aylarında inşaat
bölməsində çalışmış işçilərin
orta siyahı sayı əvvəlki ilin eyni dövrü
ilə müqayisədə 14,5 faiz artaraq 95,7 min nəfər olmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
tikintidə çalışan işçilərin orta aylıq nominal əməkhaqqı
əvvəlki ilin müvafiq
dövrünə nisbətən 6,3 faiz artaraq 597,2 manat təşkil
etmişdir.
Mülki təyinatlı inşaat işlərində işləyən
işçilərin əməkhaqları 29,1,
ixtisaslaşmış tikinti işlərində
7,1, binaların tikintisində isə 1,5 faiz
artmışdır.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.