Mobil
operatorlar «Mobil nömrələrin
daşınması sistemi»nin tətbiqini ləngidir
Hökumət tərəfindən maliyyələşdirilən
idarəetmə sistemi
hələ bir il əvvəl
hazır olmasına baxmayaraq, ölkədə
fəaliyyət göstərən
mobil operatorlar bugünədək öz üzərlərinə düşən
texniki məsələləri
icra etmədiklərindən
"Mobil nömrələrin daşınması sistemi"nin
tətbiqi ləngiyir.
Bu istiqamətdə həyata keçirilməsi
nəzərdə tutulan
işlərin icra olunmaması səbəbindən
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə maddi ziyan vurulmuşdur.
Nazirliyin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
bununla əlaqədar mobil
operatorlara növbəti xəbərdarlıq
olunmuş və dəymiş ziyanın
ödənilməsi üçün məhkəmə
orqanlarına müraciət olunmasına hazırlıq işlərinə
başlanılmışdır.
Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.